İslam radikalizmə yox deyir
يُرِيدُونَ لِيُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır.(Saff,8). Radikalizm, hər hansı bir zorakılıq,qabalıq,öz rəyini təəsübkeşliklə qəbul edib başqalarının fikrinə əhəmiyyət verməmək və fikrimizdə olan düşüncəni hansı yol ilə olursa olsun qəbul etdirməyə deyilir. Islam dini hər növ zorakılığa qarşıdır və qurani kərimi diqqətlə mütaliə etsək görərik ki, bu müqəddəs kitabdın müxtəlif ayələrində radikalizm və zorakılığın əleyhinə çox sayda cümlələr zikr olmuşdur. İslam dini elm,məntiq,əxlaq,ədalət və doğruluq dinidir. Qurani kərimin ilk nazil olan ayəsi də “öldür” sözü ilə deyil,məhz“oxu” sözü ilə başlayır. Bu,islamın elm və məntiqə əsaslandığının göstəricisidir. Nə üçün bəziləri islam dinini radikalizm ilə əlaqələndiriblər Bildiyimiz kimi müqəddəs islam dini sonuncu səmavi dindir.Hər bir dövrdə olduğu kimi yaşadığımız əsrdə də islam düşmənləri var və onlar daima haqq olan islam dininə ləkə vuraraq islamı insanların gözündə kiçiltmək istəyirlər. Islamı radikal bir din kimi tanıtdıranlar elə bu yola qulluq edənlərin sırasındadır. Onlar müxtəlif bəhanələr gətirib,islam dinini radikal bir din kimi tanıtdırmağa çalışırlar.təəssüflər olsun ki,islamdan xəbəri olmayan bəzi insanlar da,məlumatsızlıq ücbatından onlara inanırlar. Aşağıda həmin bəhanələrin bəzilərini gətirir və o bəhanələrin heç bir məntiqə əsaslanmadığını qısa olaraq isbat edəcəyik. 1- Müharibələr Islam düşmənlərinin fikrinə görə, Peyğəmbərin (s) sağlığında baş vermiş müharibələr islamın radikal bir din olduğunu sübut edir. Onların fikrinə əsasən insanlar Həzrət Muhəmmədin (s) dinini qılınc yolu və zorakılıq nəticəsində qəbul ediblər. Buna cavab olaraq onu deyə bilərəm ki, islam tarixini diqqətlə mütaliə etsək, görərik ki,Peyğəmbər (s) heç vaxt ilk hücum çəkən şəxs olmayıb və Həzrət Muhəmmədin (s) dövründə baş vermiş müharibələrin hamısı özünü müdafiə xarakteri daşıyıb. Yəni islam düşmənləri müsəlmanlara hücum çəkib və təbii ki, Peyğəmbər (s) əlində qılıncla müsəlmanları qətlə yetirmək istəyənləri gül ilə qarşılayası deyil. Bəli, Peyğəmbərin (s) vəfatından sonra müxtəlif dövrlərdə müsəlmanlar ilə digər dinə mənsub olanlar,hətta müsəlmanların özlərinin arasında çoxsayda müharibələr baş verib. Bu müharibələrin bəzilərində müsəlmanlar ilk hücum çəkən olub.Bu o demək deyil ki, həmin müharibələrə Peyğəmbərin (s) razı olub. Əgər özünü Peyğəmbərin (s) davamçısı hesab edən bir şəxs minlərlə günahsız insanı qətlə yetirsə,bunun Peyğəmbərlə (s) heş bir əlaqəsi yoxdur. Misal üçün Hitlerin törətdiyi müharibədə milyonlarla insan həlak oldu. Həmçinin Xaç yürüşlərində çoxsayda insanlar qətlə yetirildi. Sizcə bu müharibələri Həzrət İsa (ə) və onun dini ilə əlaqələndirmək doğrudurmu? Təbii ki, yox. Hitler özünü xristian adlandırsada o,həqiqətdə İsanın (ə) yolunu getmirdi. 2- İslam şəriətindəki hökmlər islam düşmənləri,islam şəriətindəki qisas kimi bəzi şəri hökmləri bəhanə gətirib,islamı radikal bir din kimi tanıtdırmağa çalışırlar. Hər bir ağıllı insan qəbul edir ki, həqiqi dində əql və məntiqə söykənmiş qayda və qanun olmalıdır. Əgər qanun olmasa camaat azar,fəsad çoxalar. Təsəvvür edin ki,hər kəs istədiyini etsə cəmiyyətin həyat tərzi necə olar? Misal üçün adi sözə görə insanlar bir birini öldürə və bunu qarşısını alan bir qanun olmuya. Məhz islam şəriətindəki mövcud olan qisas hökmü də bu cür özbaşnalığın qarşısını almaq üçündür. 3- Günümüzdəki islam adı altında terror törədənlər Təəssüflər olsun ki, bəzi özünü müsəlman hesab edənlər, islam bayrağı adı altında dünyanın müxtəlif yerlərində qətllər və teror aktları törədir və bu işlə islamı cahil insanların düçüncəsində radikal din kimi tanıtdırırlar. Başda qeyd etdik ki, özünü Peyğəmbər (s) davamçısı hesab edən və əlinə silah alaraq müharibəyə qalxıb məsum insanları qətlə yetirənlər əslində Peyğəmbər (s) davamçısı deyil.Məsum insanları qətlə yetirənlərin nə islam və nədə Peyğəmbərlə (s) heç bir əlaqəsi yoxdur. Oyaq və dünya prosesindən məlumatı olan insanlar yaxşı bilirlər ki, islam adı altında terror aktları törədənlərin yaradıcıları, əslində elə islam düşmənləridir. 4- Bəzi quran ayələri var ki,Allah kafir və müşrikləri qətlə yetirməyi əmr edir Qurani kərimin bəzi ayələrində Allah-taala müsəlmanlara əmr edir ki,Müşrik və Kafirləri öldürün. İslamı radikal bir din kimi tanıtdıranlar bu ayələri öz məkrli hədəflərini həyata keçirmək üçün dəlil gətirirlər. Cavab: Bu ayələr xüsusi bir şərait və dövrdə nazil olub. Ayələrin nə üçün nazil olduğu və həmçinin açıqlamasına diqqət yetirsək, görərik ki, bu hökm Peyğəmbərlə (s) sülh müqaviləsi imzaladıqdan sonra,əhdlərini sındırıb Peyğəmbərə (s) hücum kəçən münafiq və kafirlərə aiddir. Əgər Kafir və Münafiqlər müsəlmanlara hücum edir və ya hücum kəkməyə hazırlaşırsa onda müsəlmanların sakit sakit qalması məntiqsiz hesab olardı. 5- İslam dinindəki hicab kimi bəzi vacib olan əməllər Az öncə qeyd etdik ki, qanunun olması zəruridir. Islam dinində bəzi qanunlar var ki, onun icrası vacibdir. Misal üçün qadınların hicaba riayət etməsi. Bəzi qanunlar da var ki, insan onun qarşısında azaddır. Məsələn qisas almaq qanunu kimi. Qanunsuzluqla yaşayışın səhv olduğunu heç kim inkar edə bilməz. Islam düşmənləri çalışır ki,islamda bəzi vacib olan hökmləri insan haqlarının pozulması kimi qələmə versin və bununla da islamı radikal bir din kimi tanıtdırsın. Cavab: Əgər bir qadın şəxsi iradəsi ilə islam dininin hökmü ilə yaşamaq istəyir,namaz qılır,həcc ziyarətinə gedir, oruc trutur,hicaba riayət edir və.s,bunun nəyi zorakılıqdır?! Əslində hicab qadın üçün azadlıqdır. Həmçinin İslam dinində mövcud olan hicab və digər hökmlərin fəlsəfəsini dərk etsək görərik ki,bu hökmlər əslində sağlam cəmiyyətin formalaşmasını təmin edir. İslamda dinində əxlaq və yaxşı davranışa olan münasibət İslam dini əslində insanları mehribançılıq,dostluq,doğruluq,vəfa və bir çox bəyənilmiş xüsusiyyətlərə dəvət edir. Bunun sübutu olaraq, aşağıda bəzi quran ayələri,hədislər və tarixi faktlara işarə edirik. 1- Quran ayələri a) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir! (Tövbə.128). b) Həqiqətən də, sən böyük əxlaq sahibisən! (Qələm.4). c) Hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. (Maidə,32). d) Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik. (Ənbiya,107). 2- İslami rəvayətlər a) Peyğəmbər (s) müsəlmanlara əmr edirdi ki,kafir və münafiqlərlə döyüşəndə, onları qətlə yetirmədən öncə haqqı çatdırıb,onları islama dəvət edin. Necə ki, Allah Rəsulu (s) imam Əliyə (ə) buyurur: Ey Əli (ə) bir nəfəri hidayət etməyinin savabı, günəş saçan bütün əşyaların sayından çoxdur. b) Peyğəmbər (s) buyurur: Mən ən üstün əxlaqı kamil etmək üçün Peyğəmbərliyə seçildim. c) Peyğəmbər (s) buyurur: Öz davranışınızı süzəldin,qonşularınızla mehriban olun və qadınlarınıza hörmət edin ki, hesab-kitabsız cənnətə daxil olarsiniz. d) Peyğəmbər (s) buyurur: Bilirsinizmi ən yaxşı insanlar kimdir? Sizin içərinizdəki ən yaxşı əxlaq sahibi olan şəxs. Onlar ki,xoş xasiyyətlidir,başqalarına əziyyət vermir,başqaları ilə yaxşı dostluq əlaqəsi qurur... 3- Tarixi faktlar a) İslam Peyğəmbəri Məkkəni fəth edəndə hətta qatı düşmənlərinə belə rəhm etdi. O cümlədən Əbu-Sufyan,Hind və.s. b) Peyğəmbər (s) Qureyş tayfasının kafirləri ilə sülh bağlayır,onlarla müharibəyə qalxmır. c) Peyğəmbər (s) dövründəki yəhudilərlə sülh müqaviləsi bağlayır və onlarla müharibəyə qalxmır. d) Tarixi faktlarda qeyd olunub ki,Peyğəmbər (s) müxtəlif dinə mənsub olanların inadkarlığına səbr edirdi. e) İmam Əli (ə) yaxın dostlarına tövsiyə edirdi ki,insanlarla din və adət-ənənələrinə uyğun olaraq davranın.onların şəxsiyyətlərini qoruyub saxlasınlar.... Həmçinin İmam Əli (ə) Maliki Əştəri misrə göndərəndə ona tövsiyə etdi ki,təqvalı olsun,ədalət və əxlaqla davransın,yekəxanalıqdan uzaq olsun,insanların düşüncə və sözünə əhəmiyyət versin. Peyğəmbərin əxlaqı Qurani-kərimdə Allah peyğəmbərə (s) xitabən buyurur: ”Həqiqətən də, sən böyük əxlaq sahibisən”. Böyük əxlaqa sahib olan şəxs,heç vaxt radikal ola bilməz. Tarixi mütaliə etsək, İslam Peyğəmbərinin (s) həqiqətəndə ən üstün əxlaqa sahib olduğunun başa düşərik. Tarixçilər islam peyğəmbərinin bir çox müsbət xüsusiyyətlərə malik olduğunu vurğulayıblar. Aşağıda onlardan bəzisini qeyd edirik. 1- Səhvlərə göz yumur və tollerant bir şəxsiyyət idi 2- Yumuşaq davranışlı idi 3- Bütün insanlara qarşı sevgi və məhəbbət bəsləyirdi 4- Çalışırdı ki,hər kəsdən qabaq salam versin. Hətta uşaqlara belə... 5- Gülər üzlü və mehriban idi 6- Başqalarının səhvinə göz yumur,onları bağışlayırdı 7- Təvazokar idi və Kasıblarla birgə torpaq üzərində oturur,onların vəziyyətindən xəbərdar olurdu. Oxşar xəbərlər
|