Həqiqi Əhli-beyt (ə) davamçısının 2 xüsusiyyəti
İmam Əli (ə) buyurur: “Onlar (Əhli-beyt (ə) davamçıları) o kəslərdir ki, Allaha itaət məqamında kamil təslim olarlar”. Həqiqi Əhli-beyt (ə) davamçısının xüsusiyyəti belədir ki, o zaman Allahın əmr və qadağasına diqqət edər, onun qarşısında xalis təslim olar. Yəni, bilən kimi ki, Allah nələri sevir, səy göstərir ki, onu ən yaxşı şəkildə yerinə yetirsin. Bilən kimi ki, nələrdən xoşu gəlmir, onu tərk etməyə səy göstərir. Əhli-beyt (ə) davamçıları Allahın əmrləri qarşısında heç bir müqavimət göstərməzlər. Bu insanlar ibadət məqamında təvazökar və mütidirlər. İbadət odur ki, qəsdi Allaha yaxınlaşmaq niyyəti ilə olsun. Bu niyyətlə edilən hər bir əməl – ibadətdir. Hətta yemək və içmək belə. Ona görə də ibadəti ancaq namaz və oruca aid etmək düzgün olmaz. İmam Əli (ə) yuxarıdakı hədisdə Əhli-beyt (ə) davamçısının iki sifətini bəyan edir: biri budur ki, Allaha itaət məqamında o qədər təslimdirlər ki, özlərindən heç bir müqavimət göstərməzlər. O zaman ki, Allah deyər namaz qıl, zəkat ver - onlar düşünməzlər və Allahın əmrini yerinə yetirməkdə ləngiməzlər. O biri də budur ki, Əhli-beyt (ə) davamçıları pərəstiş məqamında - namaz kimi ibadətlərdə - bu ibadətləri zahiri mərasim kimi yerinə yetirməzlər. Onun həqiqətinə nüfuz edərlər. Ümid edirik ki, bizlər də həqiqi Əhli-beyt (ə) davamçısı ola bilərik. /Deyerler.org/ Oxşar xəbərlər
|