Qəti olmayan, təqlidi, səthi, imtahansız, titrəyən, seçmə – zəif imanın nümunələrini tanıyaq
Mьəllif: admin1
Tarix: 19-12-2015, 20:39
Qəti olmayan, təqlidi, səthi, imtahansız, titrəyən, seçmə – zəif imanın nümunələrini tanıyaq

Niyə müsəlmanların əksər hissəsi müxtəlif imtahanlara məruz qalırlar? Görəsən imanımız düzgün və həqiqi deyildirmi? Bəs hansı iman daha dəyərlidir?
İman – qəlb əminliyi, qorxunun olmaması deməkdir. İman – Allahın möhkəm qalasıdır ki, insanı dünya və axirət bəlalarından qoruyar. İman – insanın istedadlarını çiçəkləndirər və insanı tərəqqi etdirər.
Qurani-Kərim imanın bir neçə növünə işarə etmiş və onların bir çoxunu tənqid etmişdir. Onların bəzisini tanıyaq:
1. Qəti olmayan iman. Bəzi insanlar ancaq bəla zamanı Allaha diqqət edərlər və bəladan xilas olandan sonra Allahı unudarlar.“Gəmiyə minən (və qərq olmaq təhlükəsi ilə üzləşən) zaman dini yalnız Allaha məxsus edib, Ona dua edərlər. (İbadət etdikləri bütləri unudarlar. Allah) onları quruya çıxarıb, xilas edən kimi dərhal ona şərik qoşarlar”. (“Ənkəbut” 65).
2. Təqlidi iman. İnsanın bəzisinin Allaha imanı atalarının iman bəsləməsinə görədir. Heç bir məntiqi dəlil olmadan bu imanı qəbul edərlər, bütpərəstlər kimi. “Dedilər: «(Yox), ancaq atalarımızın belə etdiklərini görmüşük»”. (“Şuəra” 74).
3. Səthi iman. Bəzi imanlar iman deyildir, ancaq təslim olmaqdır. Allaha və Qiyamət gününə iman onların qəlblərinə hələ nüfuz etməmişdir. Bu cür iman – səthi imandır. “Bədəvilər dedilər: «Biz (səmimi qəlbdən) iman gətirdik». (Ya Peyğəmbər, onlara) de: «İman gətirməmisiniz. Lakin (zahirdə kəlmeyi-şəhadəti deməklə) «İslamı qəbul etdik» deyin. Çünki iman hələ sizin qəlblərinizə daxil olmayıb”. (“Hucurat” 14).
4. İmtahan olmadan iman. Bəzi insanlar elə bilir ki, iman kifayət etməlidir. Halbuki, Allah buyurur: “Məgər insanlar «İman gətirdik» - demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?!”. (“Ənkəbut” 2). Həqiqi iman odur ki, imtahan olunan zaman belə, sabit qala bilsin.
5. Titrəyən iman. Bəzi iman gətirənlərin ürəyində şəkkə, ikiürəkli olmağa rast gəlmək olur. Bu cür imanın sahibi hadisələri izləyir ki, hansı tərəfi tutsa, onun üçün daha faydalı olar. Qurani-Kərim bu insanlar haqqında buyurur: “İnsanlardan eləsi var ki, Allaha birtərəfli ibadət edir (əqidəsi qeyri-sabit, əməli havadadır). Buna görə də əgər həmin şəxsə bir xeyir (sərvət, cansağlığı və məqam) yetişsə, ona arxayınlaşar və əgər bir sınağa çəkilsə (mal və canına bir zərər-ziyan dəysə,) üz döndərərək qayıdar. Belə olan şəxs öz dünya və axirətində ziyana uğramışdır”. (“Həcc” 11).
6. Seçmə iman. Bəziləri İslam və Qurandan ancaq onlara sərf edəni qəbul edirlər. O şeyi ki, öz meyllərinə zidd görürlər – onu qəbul etmirlər. “Əlbəttə Allaha və Onun peyğəmbərlərinə kafir olan, Allahla Onun peyğəmbərləri arasında (peyğəmbərlərin haqq olmaları və onlara etiqad bəslənilməsi baxımından) ayrılıq salmaq istəyən, «biz bəzilərinə iman gətirir, bəzilərinə isə kafir oluruq» deyən və onların (hamısına iman gətirməklə hamısına kafir olmaq) arasında bir yol tutmaq istəyən kəslər”. (“Nisa” 150).
Həqiqi olmayan imanın təsirləri.
Həqiqi olmayan imanın bir çox mənfi təsirləri vardır: o cümlədən insanda tənhalıq və zəiflik hissi yaradar və insan hədəfsiz və süst olar. Şəhid Mütəhhəri bu haqda buyurur: “O kəs ki, bu iman və etiqaddan bəhrəsizdir – dünyanı rəhimsiz, laqeyd bir aparat kimi təsvir edir. Çətinliklərdə ümidini itirir. Cəmiyyətin islahı yoluna qədəm basmaq istəsə, bu cəmiyyəti öz hamisi və dayağı hesab etmir”.
Beləliklə deyə bilərik ki, imanın həyatımıza təsiri çoxdur. Əgər iman kamil və həqiqi olarsa, bizi İlahi eşq dənizinin sahilinə çıxardar. Ancaq insanlar bəzən kor-koranə təqlid etdikləri və ya nəfsani istəklərinin ardınca getdiklərinə görə İlahi rəhmətdən məhrum olurlar. Bəzən də şiddətli imtahana məruz qalırlar.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930