Məğriblə işa namazı arasında qılınan bu namaz bütün hacətlərin yerinə yetirilməsi vasitəsidir
Ğüfeylə namazı - məğrib və işa namazları arasında qılınan namazdır ki, çoxlu fəziləti vardır. İnsanlar bu saatdan qafil olduqları üçün onu ğüfeylə namazı adlandırıblar.
Hədislərimizdə oxuyuruq ki, əgər insan qafil olduğu zaman iki rükət namaz qılarsa, Allah onu behişt əhlindən edər. Ğüfeylə sözü qəflət sözündə götürülmüşdür və bu namaz insanın ən çox qəlfət etdiyi saatlarda qılındığı üçün belə adlandırılmışdır. Çünki şeytan ən çox bu saatlarda çalışır ki, Allahı insanların yadından çıxartsın. Həzrət Yunus (ə) bir an qəflət edir və nəticədə özünü balığın qarnında görür. Allaha etdiyi münacatların və yalvarmaların nəticəsində nicat tapa bilir. Ola bilsin əziz Peyğəmbərimiz (s) də bizim qəflət etməyimizi istəmədiyi üçün bu namazı çox tövsiyə etmişdir. Din alimləri buyurur ki, bu namazdakı ən gözəl zikir Yunusiyə zikridir. Bu namazda qılınan ayələrin xüsusi təsiri vardır ki, Məsumlar (ə) ondan agah idilər. Ona görə də bizə göstəriş verirdilər ki, Allahın böyük adlarının zikirini namazın əvvəlində deyək. Çünki duaların qəbul olmasına səbəb olur. Bu namazın ilk rükətində oxunan ayə "Yunusiyyə” zikiridir ki, Həzrət Yunus (ə) balığın qarnında olan zaman onu demiş və Allahdan yardım istəmişdir. Bu da "Ənbiya” surəsinin 87-88-ci ayələridir. İkinci rükətdə "Həmd”dən sonra deyilən ayə isə "Ənam” surəsinin 59-cu ayəsidir ki, qeyb sirlərindən, Allahın qüdrətindən bəhs edir. Ğüfeylə namazına tövbə edənlərin namazı da deyirlər. Bəzi hədislər buyurur ki, bu namazın fəziləti oruc tutmaqdan da üstündür. Əlbəttə ki, müstəhəb orucdan söhbət gedir. Həzrət Peyğəmbər (s) buyurur: "Ğəflət saatında nafilə namazı qılın, baxmayaraq ki, iki rükətli sadə namaz olsa belə. Çünki o iki rükət behiştin saraylarını ardınca gətirər”. Həzrətə (s) sual verilir ki, bu saat hansı saatdır. Həzrət (s) buyurur: "Məğriblə işa arasında olan saat”. İmam Sadiq (ə) buyurur: "Hər kim bu iki rükət namazı məğriblə işa arasında qılar və Allahdan hacətini istəyər, Allah hacətini yerinə yetirər. Hər nə istəyər, ona kəramət edər”. Oxşar xəbərlər
|