Məsumlarımız Cihad, Təqva və Ailə tərbiyəsi haqqında buyurduqları
Bağışlayan və mehriban Allahın adı ilə
Həzrət Əli (ə) buyurur: “Allaha itaətsizlik edənlərə itaət etmək rəva deyildir.” Həzrət Məhəmməd (s) buyurur: “İslamın zirvəsi Allah yolunda cihaddır ki, yalnız ən üstün müsəlmanlar bu zirvəyə yetişərlər.” İmam Həsən Əskəri (ə) buyurur: “Ehtiyatın bir həddi vardır ki, onu aşdıqda qorxaqlığa çevrilər.” Həzrət Əli (ə) buyurur: “O adam mənfəət tapar ki, dünyasını axirətinə sata və əvəzində axirəti ala.” Həzrət Məhəmməd (s) buyurur: “Günahdan tövbə edən şəxs günah etməmiş kimidir.” Həzrət Əli (ə) buyurur: “Tövbə etmək qəlbləri paklayır, günahları yuyur.” Həzrət Məhəmməd (s) buyurur: “Günahdan tövbə etdiyi halda, onu təkrarlayan şəxs Allahı məsxərə etmiş kimidir.” Həzrət Əli (ə) buyurur: “Günah etməmək tövbə etməkdən daha asandır.” Həzrət Əli (ə) buyurur: “Allaha itaətə səbr etmək, Onun əzabına səbr etməkdən asandır.” Həzrət Məhəmməd (s) buyurur: “Qiyamət günü möminin əməl tərəzisinə xoş xasiyyətdən də üstün olan bir şey qoyulmayacaqdır.” Həzrət Məhəmməd (s) buyurur: “Həqiqətən, xoşxasiyyətli şəxs üçün oruc tutub gecəni oyaq qalan adamın savabı vardır. ” Həzrət Əli (ə) buyurur: “Kimə bu dörd şey verilsə, ona dünya və axirət xeyri verilmişdir: danışıqda düzlük, əmanəti qaytarmaq, qarnı (haramlardan) gözləmək, xoş xasiyyət.” Həzrət Əli (ə) buyurur: “Ağıllı şəxs odur ki, dilini saxlasın.” Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala behişti nə dediyinə və onun haqqında nə deyildiyinə əhəmiyyət verməyən pis danışıqlı adamlara haram etmişdir.” Həzrət Məhəmməd (s) buyurur: “Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər (paylayar).” Həzrət Əli (ə) buyurur: “Qeybətə qulaq asan elə qeybət edən kimidir.” Həzrət Əli (ə) buyurur: “Zarafatda həddi gözləməyən şəxs əbləhdir.” Həzrət Əli (ə) buyurur: “Kişi öz dilinin altında gizlənmişdir. Həzrət Əli (ə) buyurur: “Ağıl kamillik mərtəbəsinə çatanda, danışıq qısalar.” Həzrət Əli (ə) buyurur: “Yalan dünyada rüsvayçılıq, axirətdə isə əzabdır.” Həzrət Əli (ə) buyurur: “Bir kəs ki, özünü töhmət hüzurunda qərar verir, ona bədgüman olanları qınamamalıdır.” İmam Sadiq (ə) buyurur: “İmanlı bir şəxs heç vaxt öz şəhvətinə məğlub olmaz və qarnı onun rüsvayçılığına səbəb olmaz.” Həzrət Əli (ə) buyurur: “Öz şəhvətini öldürən (cilovlayan) şəxs ağıllı insandır.” Həzrət Əli (ə) buyurur: “Alim cahili tanıyır, çünki özü də əvvəl cahil olmuşdur.” Həzrət Məhəmməd (s) buyurur: “Bir qəbilənin ölümü alimin ölümündən daha asan və dözüləsidir.” İmam Riza (ə) buyurur: “İbadət çoxlu oruc və namaz yox, yaradılış haqqında (Allahın yaratdıqlarında) düşünməkdir.” İmam Riza (ə) buyurur: “Peyğəmbər ailəsinə dostluq ümidi ilə saleh əməli və ibadətdə səy göstərmənizi tərk etməyin.” Həzrət Əli (ə) buyurur: “Təqvalıların nəfsi qane, şəhvətləri ölü, çöhrələri açıq, qəlbləri isə qəmgindir. ” İmam Riza (ə) buyurur: “Günahları və möminə əziyyət verməyi tərk etməkdən daha faydalı təqva yoxdur.” Həzrət Əli (ə) buyurur: “Səni kədərləndirən pis bir işin səni məğrur edən xeyir işindən Allah yanında daha yaxşıdır.” İmam Sadiq (ə) buyurur: ”Allah-təala qafil qəlblə edilən duanı qəbul buyurmaz, ona görə də agah qəlblə dua et və duanın qəbul olacağına əmin ol.” İmam Məhəmməd Təqi (ə) buyurur: “Bir çox insanların nifrətini qazanmadan Allah məhəbbətini ələ gətirmək qeyri-mümkündür.” İmam Həsən Əskəri (ə) buyurur: “Dostlarının ən yaxşısı o kəsdir ki, sənin günahlarını unudub, yaxşılıqlarını yadda saxlasın.” Həzrət Əli (ə) buyurur: “Zülm və fəsad yolundan çəkinib itaət yolunu tutun ki, axirətdə xoşbəxt olasınız.” Həzrət Məhəmməd (s) Əliyə (ə) buyuruğu: “Övladını pis tərbiyə edərək onların üzə qayıtmasına səbəb olan ata-anaya Allah lənət etsin.” Həzrət Məhəmməd (s) buyurur: “Allahın razılığı ata-ananın razılığında, qəzəbi isə onların qəzəbindədir.” Həzrət Əli (ə) buyurur: “Qəzəbdən çəkin ki, onun başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır.” Həzrət Məhəmməd (s) buyurur: “Bir-birinizə əl verin (görüşün) ki, qəlbinizdən kin xaric olsun.” “Məsumların nurlu kəlamlarından 500 hədis” kitabindan seçmələr Oxşar xəbərlər
|