İmam Əlinin (ə) nəzərinə görə depressiyanın müalicəsi
Nəhcul-bəlağə” kitabı Həzrət İmam Əlinin (ə) düşüncə və ali hisslərinin toplumudur ki, bəşərin hər bir dərdinə orada dərman tapılar. Bu kitabda bəşərin ictimai, siyasi, ruhi xəstəliklərinin müalicəsi bəyan edilmişdir. Həzrətin (ə) cəmiyyətşünaslığı sayəsində cəmiyyətə ictimai qanunlar təhvil verilmişdir. Həzrətin (ə) siyasi baxışları və nəzərləri hər bir zaman və məkanda siyasətçilər üçün yol açan olmuşdur. İmam (ə) bu kitabda insanın ruhi xəstəliklərinə işarə edib, onların müalicəsini də bəyan etmişdir. (Tebyan) Belə ki, Həzrət (ə) buyurur: “O kəs ki, bir şeyi qəlbində gizlədər, dilinin büdrəmələrindən və üzünün rəngindən aşkar olar”. İmam (ə) buyurur: “Allah Təalaya qoşulmaqdan savayı səni heç bir şey sakit etməz”. İmam (ə) depressiyadan uzaq olmaq üçün yollar göstərmişdir ki, hər bir zaman və dövr üçün faydalı və işə yarayandır. İmam Əlinin (ə) bizlərə tövsiyə etdiyi yollar: 1. Allahla daha çox rabitə qurmaq və dini təlimlərdən bəhrələnmək. İmam Əli (ə) buyurur: “Allahdan savayı heç nə səni sakit etməz”. 2. İlahi razılığı cəlb etmək. İmam (ə) buyurur: “İlahi razılıq – rəhmət və hüzurun mənbəyidir”. Həqiqətən də insan vəzifələrini yerinə yetirərək, istedadının gücündən bəhrələnərək İlahi razılığı əldə edə bilər. Allahın bəndəsindən razı olması, bəndənin razılığına və hüzuruna səbəb olar. 3. Düzgün rabitə qurmağı bacarmaq. İmam Əli (ə) buyurur: “Şəxsiyyətli, nəcabətli insanlar, saleh və yaxşı keçmişə malik olan nəsillərlə rabitə qurun. Ondan sonra igid, səxavətli və böyük insanlarla. Çünki onlar – yaxşılıqlar ocağıdırlar”. 4. Sakitləşdirən və nəsihət verən sözlərə qulaq asmaq. İmam (ə) buyurur: “Həqiqətən, bu ürəklər bədənlər kimi qəmgin olur. Ona görə də ürəyi şad etmək üçün sadə, hikmətli sözlər axtarın”. 5. Allaha xatir səbir etmək. İmam (ə) buyurur: “O zaman ki, Allah məhəbbətinə görə xoşagəlməz hadisələrə səbir və ciddiyyəti, qorxu və ümidinə görə narahatlıqlarına dözməyi onlarda görər, dar halqaların batinindən nicatı onlar üçün açar, zilləti izzətə, qorxunu təhlükəsizliyə və hüzura çevirər”. Ona görə də deyə bilərik ki, depressiya ilə mübarizə aparmağın yollarından biri – xoşagəlməz hadisələrə səbir etməkdir. 6. İnsanları sevmək. İmam Əli (ə) buyurur: “İmanlı insan dostluğa və ülfətə bağlıdır. O kəs ki, insanlarla dostluq etməz və insanlar da onu dost olmağa layiq görmürlər – varlığında xeyir və yaxşılıq tapılmaz”. 7. Həyatın fürsətlərindən düzgün istifadə etmək. İmam (ə) buyurur: “Fürsətləri əldən vermək – qüssə gətirəndir. Əksinə, onlardan istifadə etmək ruh üçün sakitlik gətirəndir”. 8. İşinin nəticəsini Allaha tapşırmaq. İmam (ə) buyurur: “Bütün işlərində özünü Allaha tapşır ki, özünü güclü və inanılmış pənahgaha tapşırmış olarsan”. /Deyerler.org/ Oxşar xəbərlər
|