Qurani-Kərimə əsasən düşməni tanımaq üzrə meyarlar
“(Bəli, onların əhdlərinə) necə (etimad bəslənə bilər)? Halbuki, əgər sizə qalib gəlsələr, sizin haqqınızda nə bir qohumluğu nəzərə alarlar, nə də bir əhdnaməyə riayət edərlər. Sizi öz sözləri ilə razı salırlar, halbuki, ürəkləri imtina edir. Onların çoxu (Allaha və vicdanlarına qarşı) itaətsizdirlər”. (“Tövbə” 8). Düşmən dostun və məhəbbətin əks tərəfində qərar tutur. Quranın düşmən tanımaq üzrə meyarları hansılardır? Quranın nəzərinə görə, düşmənin rəftarınlarına görə onu müəyyən etmək olar. Bu rəftarlar ibarətdir: 1. Əziyyət vermək. “Əgər onlar sizə hakim olsalar, sizin (ən qəddar) düşmənlərinizə çevrilərlər və sizə pisliklə əllərini və dillərini uzadar və həmişə istərlər ki, siz kafir olasınız”. (“Mumtəhənə” 2). 2. İnsanların haqqını tapdalamaq. “Ey iman gətirənlər, Allahın (həcc və ümrə əməlləri və o ibadətlərin məkanları kimi tovhid və pərəstiş) nişanələrinə, haram aylara (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarına), nişansız qurbanlığa və boynunda boyunluq olan qurbanlığa və Rəbblərindən lütf və razılıq diləyən Beytül-Həram zəvvarlarına hörmətsizlik etməyin”. (“Maidə” 2). 3. Söz deyişməsi və mübahisə. “Elə ki, Məryəm oğlu (İsa) məsəl çəkildi (Məryəm surəsində tərifləndi) sənin qövmün dərhal ona görə (sənin onun tanrılığı əqidəsini qəbul etməyini güman edib mübahisə və dava-dalaş salaraq) ona görə səslərini ucaltdılar. Və (öz tanrılarını üstün tutmaq məqsədi ilə) dedilər: «Bizim tanrılarımız yaxşıdır, yoxsa o? (Əgər o, tanrı və məbud olmuş olsa, allahlığa bizim tanrılarımız daha layiqdir)». Bu məsəli sənin üçün yalnız (batil) mübahisə məqsədi ilə çəkdilər. (Çünki sən onun tanrılığını qəbul etməmisən). Əslində onlar inadkar və davakar bir dəstədirlər”. (“Zuxruf” 57-58). 4. Hiylə və fırıldaq. “Beləliklə, onları aldadaraq hiylə-kələklə (məqamlarından) endirdi”. (“Əraf” 22). 5. Viranedici müharibə. “Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz”. (“Ali-İmran” 103). Allah Təala Quranda dəfələrlə bu mövzunu vurğulayır ki, müsəlman gərək öz düşmənini tanısın ki, onun fitnə-fəsadından amanda qala bilsin. Düşmən insanı kamala çatmaqdan saxlayar və Allahdan uzaqlaşdırar. “Ey iman gətirənlər, özünüzdən başqasını özünüzə sirdaş dost etməyin. Onlar sizin barənizdə heç bir fitnə-fəsaddan çəkinmir və əziyyətə düşməyinizi çox istəyirlər. Düşmənçilik (elə) ağızlarından (sözlərindən) bəllidir və sinələrində gizlətdikləri daha böyükdür. Əgər düşünürsünüzsə, biz sizin üçün (onların halının) nişanələri(ni) bəyan etdik”. (“Ali-İmran” 118). Düşməni tanımaq üçün meyarlar: 1. Pisliyi istəmək. “Sizə bir xeyir və yaxşılıq yetişdikdə, (bu) onların halını pisləşdirər, pislik və narahatçılıq yetişdikdə isə ona şad olarlar”. (“Ali-İmran” 120). 2. Sancan sözlər demək. “Düşmənçilik (elə) ağızlarından (sözlərindən) bəllidir və sinələrində gizlətdikləri daha böyükdür”. (“Ali-İmran” 118). 3. Nifaq və ikiüzlü olmaq. Düşmən adətən dediyinin əksinə əməl edəndir. Heç bir zaman dedikləri ilə əməlləri bir-birinə uyğun gəlməz. (“Ali-İmran” 118). 4. Əxlaqsızlığa dəvət etmək. “O, sizə yalnız pislik və çirkinlikləri, həmçinin bilmədiyiniz şeyləri Allaha nisbət verməyi əmr edir”. (“Bəqərə” 169). 5. Fəsad törətmək. Düşmən səy göstərir ki, yer üzündə fəsad törədərək insanların rahatlığını və hüzurunu aradan aparsın. 6. Nəsillərin kökünü kəsmək. Düşmənin əsl hədəfi müsəlmanların kökünü kəsməkdir. Ona görə də hər bir müsəlman gərək təfəkkür və düşünmək yolu ilə düşməninin kim olduğunu müəyyən etsin və onun fitnələrindən amanda qalmağı bacarmaq üçün həmişə ayıq olsun. Hazırladı: Məşhədi Xanım, Deyerler.org Oxşar xəbərlər
|