Uşaqların 5 ibrətli xüsusiyyətləri bizlərdə olsa gözəl olar
Mьəllif: admin1
Tarix: 17-11-2022, 10:57
Uşaqların 5 ibrətli xüsusiyyətləri bizlərdə olsa gözəl olar
Həzrət Muhəmməd Peyğəmbərimiz (s) uşaqları çox sevərdi və belə buyurub:
Mən uşaqları çox sevirəm çünki onların 5 xüsusiyyətləri var. Sonra Həzrət Muhəmməd Peyğəmbər (s) bu 5 xüsusiyyəti saymağa başladı və buyurdu:

1-ci xüsusiyyətləri budur ki, onlar tez ağlıyırlar çünki qəlbləri sınıqdı. Yaxşıdı ki, mömin bir günah elədi qəlbi tez sına. Bir küncdə heç kəs görmədən gözündən bir damla yaş düşə. Uşaqların ağlamağı bir möminin günahdan sonra peşmançılıqdan qəlbini sındırıb ağlamağa bənzər.

2-ci xüsusiyyətləri budur ki, onlar torpaqla oynayarlar. Torpaq təvazökarlığın əlamətidir. Allah insanı torpaqdan yaradıb niyə torpaqdan yaradıb bilirsiz? Ona görə ki, həmişə yadına salsın ki,nədən yaranıb.

3-cü xüsusiyyətləri budur ki, bunlar dalaşırlar ama qəlblərində kin küdurət yoxdur. 1 saat bundan qabaq dalaşırdılar tezdən baxsan bir yerdə oynayırlar. Bəzi insanlar kimi deyillər aylarla, illərlə adamdan kin küdurət saxlayalar.

4-cü xüsusiyyətləri budur ki, zəfirə eləmirlər yəni nəyisə özlərində saxlamırlar.
Yəni həris deyillər o şeyə bağlı deyillər.

5-ci xüsusiyyətləri budur ki, onlar nə isə tikərlər məhs torpaqdan, oyuncaqlardan nə isə tikərlər sonra vurub dağıdırlar. Yəni dünyaya bağlı insan deyillər.

Uşaqlar da bu xüsusiyyət yoxdur ki, dünyaya bağlı olsun düzəldir dağıdır. İnsan 70 yaşı var hələ onu dərk eləməyib elə bağlanıb dünyaya.

Dünyanı ondan almaq olmaz. Alsan ürəyi partlayar. Kim ibrət almaq istəyir Allah uşaqda da ibrət qoyub. Bax uşaqa uşaqdan ibrət al.

Ümumiyyətlə Allah (c.c) aləmi elə yaradıb ki hara baxırsan bax ibrət ala bilərsən... ixlas.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930