O zaman ki, insan ölər, insanlar soruşar: O, nə qoyub getdi? Mələklər isə ondan soruşar: Özün ilə nə gətirmisən?
Mьəllif: admin1
Tarix: 9-01-2023, 20:29
O zaman ki, insan ölər, insanlar soruşar: O, nə qoyub getdi? Mələklər isə ondan soruşar: Özün ilə nə gətirmisən?

Əbuzər bir gün çox xəstələnir və bir dəstə müsəlman onu ziyarət etmək üçün gəlir və ona deyirlər: “İndi ki, xəstəsən, əgər ölsən, nəyin vardır?”.
Deyir: “Əməlim”.

Deyirlər: “Biz səndən qızıl və gümüşü soruşuruq, sarı və ağ puldan nəyin vardır?”.

Əbuzər deyir: “O zaman ki, Adəm övladı ölər, insanlar deyərlər: “Özündən nə qoyub gedibdir?”.

Ancaq mələklər deyərlər: “Qabaqdan nə göndərmisən və özünlə nə gətirmisən?””.

Deyirlər: “Bəs gəlirini nə etmisən?”. Əbuzərin qoyunları var idi ki, onların yununu və qoyunları satırdı və gəlirini bu yolla əldə edirdi.

Əbuzər deyir: “O şey ki, səhər əlimə çatır, axşama qalmır. O şey ki, axşam əlimə keçir, səhər üçün qalmır”.

Təbiidir ki, əgər insan bu cür yaşayarsa, ölən zaman özündən sonra heç nə qoyub getməz. Ancaq bu günün müasir insanları elə deyildir.

Əllərinə nə düşürsə, onu yığıb toplayırlar və hətta sabah, biri gün, o biri gün, bir il sonra nə qazanacağı haqqında düşünürlər.

On il bu yolla keçərsə, böyük bir sərvətə malik olarlar. Bu insanlar ölən zaman sərvətə malik olarlar: evlərə, maşınlara, xalçalara... Bəs əməl?

Ancaq Əbuzər kimilərin iki tikə çörəkdən savayı heç nəyi yoxdur, ancaq hazır deyildir ki, öz haqqı olan pulu özünə xərcləsin. Bu cür insanın ölən zaman qarşısına axirətdə nələrin çıxacağı aydındır.

Əbuzərə deyirlər: “Sən gəlirini nə edirsən ki, özünə bir şey qalmır?”.

Deyir: “Bizim anbarımız vardır ki, ən yaxşı şeylərimizi orada toplayırıq. Mən Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: “İnsanın anbarı – qəbiridir”.

Dünya nemətlərindən əlimizə hər nə çatırsa, Allah yolunda infaq edirik və anbar yığımımıza təhvil veririk”.

Bəli, bu, salehlərin əməli və niyyətidir. Müqəddəs İslam dini istəyir ki, insanları bu cür yetişdirsin. İnsan əgər dünyadan ürəyini üzərsə, o zaman batinini pak saxlaya bilər.

Bəziləri belə hesab edir ki, həm dünyaya bağlanıb, həm də ürəyi pak saxlamaq olar. Ancaq halbuki, Peyğəmbərimiz (s) buyurur: “Dünyaya bağlanan insan o kəsə bənzəyir ki, suyun içində yol gedir. Məgər mümkündürmü ki, kimsə suyun içində yol getsin və ayaqları islanmasın?”.

Mərhum Feyz bu hədis haqqında deyir: “Peyğəmbərin (s) bu kəlamı ümmətin nadanlığını göstərir ki, hesab edirlər dünyaya qərq olsalar da, qəlbləri pak qala bilər”.

Ancaq çox təəssüf ki, bu, xəyaldan başqa bir şey deyildir. Əhli-Beytdən (ə) gələn hədisdə oxuyuruq: “Dünya sevgisi ağılı xarab edər, qəlbi hikməti eşitməkdən kar edər”. Yəni bu insan hikməti və nəsihəti eşidə bilmədiyinə görə, Allah istəyən yolla irəliləyə bilmir.

Üçüncü xəlifə iki nökərini 200 dinarla bir yerdə Əbuzərin yanına göndərir və deyir: “Ona salam göndərin və deyin ki, bu pul şəxsi malımdandır. Onda heç bir şübhə yoxdur. Onu bizdən qəbul et”.

Əbuzər cavabında deyir: “Mənim bu pula ehtiyacım yoxdur. Çünki indi ən zəngin insanam”.

O iki nökər deyir: “Sənin evində heç nə yoxdur ki? Necə zəngin ola bilərsən?”.

Əbuzər deyir: “Otağın küncündə olan o keçədə iki tikə çörək vardır. O zamana qədər ki, o, vardır – mənim kimsəyə ehtiyacım yoxdur.

Bu pulu da verənə qaytarın və deyin ki, Əbuzər deyir: “Mən bu günümü səhər etmişəm o halda ki, Əli ibni Əbutalib (ə) və itrəti vilayəti ilə ən zəngin insanam””.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930