Mübahilə günü – Əhli-beytin (ə) qələbə çaldığı gündür
Mьəllif: admin1
Tarix: 24-07-2022, 10:47
Mübahilə günü – Əhli-beytin (ə) qələbə çaldığı gündür

Mübahilə - İslam Peyğəmbərinin (s) nübuvvətini isbat etdiyi gündür.

Mübahilə - İslamın izzət gündür.

Mübahilə - Əli (ə) vilayətinin bayrağının dalğalandığı gündür.

Mübahilə - Əhli-beytin (ə) ali dərəcisinin nümayiş olunduğu gündür.

Mübahilə - Peyğəmbər (s) Əhli-beytinin (ə) fəzilət dastanıdır. Allah Peyğəmbərə (s) əmr edir ki, ancaq qadınlarını, övladlarını və canlarını bu meydana aparsın.

Həzrət Rəsuli-Əkrəm (s) də İmam Əlini (ə), İmam Həsəni (ə), İmam Hüseyni (ə) Həzrət Fatiməni (s.ə) bu meydana aparır.

Mübahilə - o gündür ki, İslam bütün həqiqəti ilə küfr və şirkin qarşısında dayanır və Ali-Kəsanın yəqinliyi sayəsində mübahilə meydanının qalibi olur.

Bəs bu hadisədən hansı dərsləri almışıq?

1. Mübahilə - Həzrət Peyğəmbər (s) üçün son mübarizə yolu idi, çünki kafir məntiq yolunu qəbul etmirdi və ona görə də Həzrət (s) mübahilə etməyi təklif edir.

2. Mübahilə təklifini adətən o tərəf verir ki, öz haqlı olduğunu yaxşı bilir.

3. Mübahilə ayəsi Peyğəmbərin (s) nübuvvət məqamını aydın şəkildə isbat edir və hamı yəqin etdi ki, o, Allahın peyğəmbəridir.

4. Mübahilə aydınlaşdırdı ki, Həzrət İsa (ə) peyğəmbər olmuşdur, Allahın övladı deyil. Məxluqdur, xaliq deyildir.

5. Qadınla kişi bu meydanda çiyin-çiyinə idi.

6. Dua edən zaman məqsəd və hədəf mühümdür, insanların sayı deyil.

7. Bəlli oldu ki, Əli ibn Əbutalib (ə) - Peyğəmbərin (s) canıdır.

8. İnsanlarla bəhs edən zaman ilk addımda məntiqi dəlillər gətirmək lazımdır.

9. Əgər siz möhkəm dayansanız, rəqib batil olduğu üçün geri çəkiləcəkdir.

10. İslam dininin gücü – bu beş nəfərdədir. Həzrət Peyğəmbər (s) özü təkbaşına da nifrin edə bilərdi, ancaq o, öz Əhli-beyti (ə) ilə gəldi. Bu onu göstərdi ki, Peyğəmbərin (s) Əhli-beyti (ə) haqqa çatmaq üçün onunla birlikdədir. Hər an ölümü qarşılamağa hazırdırlar.

“Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih (ə) haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri)çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq.

(Peyğəmbər (s) bu hadisədə İmam Həsənlə İmam Hüseyni oğulları, Həzrət Fatiməni xanımların təmsilçisi və Həzrət Əlini canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular)”.
(“Ali-İmran” 61).


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930