Yumurtanın faydaları
Mьəllif: admin1
Tarix: 26-12-2015, 12:07
Yumurtanın faydaları
Yumurta sarısı D vitamini mənbəyidir. Bu vitamin xüsusilə açıq havada Günəş altında az vaxt keçirənlər üçün (Günəş şüalarının təsirindən dəri vasitəsilə orqanizmdə D vitamini sintez olunur) vacibdir.

Vitamin D orqanizmdə kalsium mübadiləsini tənzimləyir, sümük toxumasını bərkidir. Yumurta sarısı dəmir-minerallar ilə zəngindir. Bu minerallar orqanizmin yorulmasının qarşısını alır, eləcə də onkoloji və ürək-damar xəstəliklərinin inkişafını önləyir. Yumurta sarısının tərkibində "Lesitin" maddəsi var ki, bu maddə qaraciyər və öd yollarının funksiyasının yaxşılaşmasına kömək edir. Lesitin skleroz əleyhinə təsir edir, beyni qidalandırmaqla hafizəni yaxşılaşdırır.

Xolin - yumurta sarısındakı bu maddə süd vəzi xərçəngi riskimi azaldır. Yumurtanın ağı B qrup vitaminlə zəngin olduğu üçün insan orqanizmi üçün çox qiymətlidir.

Orqanizmin gündəlik 25% aminturşulara olan tələbatını yumurta ödəyir. Bütün bunlara baxmayaraq yumurtanı çox miqdarda qəbul etmək düz deyil. Orqanizm tərəfindən mənimsənilən artıq zülal böyrəklərin işinə mənfi təsir edir, qan dövranını pisləşdirərək sağlamlığa zərər vurur.



http://faktxeber.com
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930