Quranın nəzərində ən yaxşı həyat yoldaşı
Allah Təala Quranda bizlərə kimin ən yaxşı həyat yoldaşı olmasını bəyan edir.
Ərlə arvad arasında olan İlahi rəhmət. “Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (“Rum” 21). Ərlə arvad bir-birinin libasıdır. “Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız” (“Bəqərə” 187). Ailənin hidayət olması. “Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun”. (“Təhrim” 6). “Və öz ailənə namazı əmr et və özün (də) var gücünlə ona (riayət etməyə) səbir et”. (“Taha” 132). “O, öz ailəsinə həmişə namaz (qılmağı) və zəkatı (zəkat verməyi) buyurardı və Rəbbinin yanında bəyənilən idi”. (“Məryəm” 55). Qadağan edilənlərə riayət etmək. “Və dedik: «Ey Adəm, sən və zövcən bu bağda məskunlaşın, onun (meyvə və nemətlərinin) istədiyiniz yerindən bolluca yeyin və bu ağaca (buğda, üzüm, ya əncir ağacına) yaxınlaşmayın ki, zalımlardan olarsınız». (“Bəqərə” 35). Allah və Peyğəmbərin (s) sevgisinin başqa sevgilərdən üstün olması. “De: «Əgər atalarınız, oğullarınız, qardaşlarınız, arvadlarınız, (insan cəmiyyətinin əsasını təşkil edən) qohumlarınız, topladığınız mallar, kasadlaşmasından qorxduğunuz ticarət və (cəmiyyətin maddi cəhətdən möhkəmlənməsinin əsasını təşkil edən) razı olduğunuz yaşayış yerləri sizin üçün Allahdan, Onun Peyğəmbərindən və Onun yolunda cihad etməkdən daha sevimlidirsə, onda Allahın Öz əmrini (sizə əzab etmək əmrini) verməsini gözləyin. Allah itaətsizlərin dəstəsini hidayət etməz». (“Tövbə” 24). Evdəki düşmənlər. “Ey iman gətirənlər, zövcələrinizdən və övladlarınızdan bəzisi sizin düşməninizdir (imanınıza görə sizinlə düşmən kimi rəftar edirlər). Onlardan özünüzü gözləyin (ki, sizi azdırmasınlar) və əgər (onların pisliklərini və verdikləri əziyyəti) əfv etsəniz və göz yumsanız və bağışlasanız (Allah da sizi bağışlayar) ki, şübhəsiz, Allah bağışlayan və rəhm edəndir”. (“Təğabun” 14). Allahla müxalif olan qohumlara əlaqəsiz olmaq. “Allaha və axirət gününə iman gətirən qövmün, Allah və Onun Rəsulu ilə düşmənçilik edənlərlə – hətta öz ataları, övladları (oğulları), qardaşları və qohumları olsalar belə – dostluq etdiyini görməzsən. Onlar elə kəslərdirlər ki, Allah onların qəlbində imanı sabit etmişdir və Öz tərəfindən olan bir ruhla (məxsus bir nurla, yaxud Qur’an maarifi ilə, ya qeybi uğurlarla) onları qüvvətləndirmişdir”. (“Mücadilə” 22). Həyat yoldaşı ilə xoş rəftar olar. “Onlarla yaxşı rəftar edin və əgər onları xoşlamırsınızsa, (yenə də onlarla keçinin, çünki) çox vaxt siz bir şeyi xoşlamırsınız və Allah onda çoxlu xeyir qoyur”. (“Nisa” 19). Həyatda qənaət edər. “Və o kəslər ki, (Allah yolunda) xərcləyən zaman nə israf edərək həddi aşar, nə də simiclik göstərərək həddən aşağı enərlər, (onların əməli) bu iki yolun arasında orta həddə və ədalətli olar”. (“Furqan” 67). Dünya malından uzaq olar. “Qadınlar və övladlar, qızıl və gümüş kimi toplanılan çoxlu mallar, nişan qoyulmuş atlar, dördayaqlılar və əkin yerləri kimi istənilən və arzu edilən şeylərin (dünya mallarının) məhəbbəti insanlar üçün zinətləndirilmişdir. Halbuki, bunlar dünya həyatından faydalanmaq vasitəsidir. Gözəl qayıdış yeri isə Allahın yanındadır”. (“Ali-İmran” 14). Mehriyyə verər. “Onu necə geri alırsınız, halbuki, siz (cismi və ruhi cəhətdən əlaqədə olaraq) bir-birinizə yetişmisiniz və onlar sizdən (nikah vasitəsi ilə) möhkəm bir əhd-peyman alıblar!” (“Nisa” 21). “Bir arvadın (əvvəlki arvadınızın) yerinə başqa bir arvad almaq istəsəniz və onlardan birinə (boşamaq istədiyinizə, mehriyyə olaraq) çoxlu mal vermisinizsə, ondan heç nəyi geri almayın”. (“Nisa” 20). Ailə münaqişəsi. “Və (siz, ey şəriət hakimləri, yaxud ey qövmün ağıllıları) əgər o ikisinin (ər ilə arvadın) arasındakı çəkişmə və ziddiyyətdən qorxsanız, onda bir hakim kişinin ailəsindən və bir hakim qadının ailəsindən göndərin ki, əgər (aranı) düzəltmək qəsdləri olsa, Allah o ikisinin arasında uyğunluq yaradar. Həqiqətən Allah bilən və xəbərdardır”. (“Nisa” 35). Layiqli qadın. “(Həmin o) əbədi Cənnətlər ki, onların özləri və atalarından, zövcələrindən və övladlarından (əqidə baxımından) layiq olanlar (əməlləri naqis olsa da, onlara görə) ora daxil olarlar. Və mələklər hər bir qapıdan onların yanına daxil olarlar”. (“Rəd” 23). “Həqiqətən, Cənnət əhli o gün xoş bir əhval-ruhiyyədə, şadlıq və ləzzət içərisindədirlər. Onlar və zövcələri (ağacların və qəsrlərin) kölgələr(i) altında öz bəzənmiş taxtlarına söykənərlər”. (“Yasin” 55-56). Nalayiq qadın. «Onun (nicat tapacaq ailə üzvlərindən də) zövcəsi müstəsnadır ki, onun (imansızlığına görə) mütləq (Lut qövmünün əzabda) qalanlar(ın)dan olmasını qərara almışıq». (“Hicr” 60). “(Mələklər) dedilər: «Ey Lut, biz sənin Rəbbinin elçiləriyik. Onlar səni əsla ələ keçirə bilməzlər. Buna görə də, gecədən bir qədər keçmiş ailənlə birgə (məntəqədən çölə) yola düş, sizdən heç kəs yerdə qalmasın və heç kim arxasına dönüb baxmasın – zövcəndən başqa ki, şübhəsiz sənin qövmünə yetişəcək şey ona da yetişəcəkdir. Əlbəttə onların (əzablarının) vədə vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?!” (“Hud” 81). Oxşar xəbərlər
|