Niyə sübh namazı aydın səslə qılınır?
Yuxarıda qeyd edildiyi kimi, adı çəkilən namazlarda birinci və ikinci rəkətlərdə həmd və surələr yüksəkdən deyilməlidir. Fəqihlər və mərcə təqlidləri bu məsələdə qeyd edirlər ki, sübh, məğrib və işa namazlarının həmd və surələrinin yüksək tonla deyilməsi kişiyə vacib, zöhr və əsr namazlarının həmd və surələrinin alçaq tonla (pıçıltıya bənzər qulaq eşidəsi həddə) deyilməsi isə həm kişiyə, həm də, qadına vacib sayılır. Bu hökmü nəzərə alaraq, deməli, həmin namazlarda bu göstərişlər qəti və vacib şəriət buyruğu sayılır. Odur ki, təqlid edən şəxsin hökmü bilmədən və ya səhvən onu düzgün yerinə yetirməməyinə güzəşt edilərək namazı səhih sayılır, hətta hələ qiraətini qurtarmayıb, öz səhvini anladığı surətdə də, geri qayıdıb, təkrar etməyinə ehtiyac olmadığı və ardını düzgün qayda üzrə riayət etməyi bildirilir. Amma hökmü bilərək hər iki halda (yüksək tonla, yaxud aşağı tonla deyilməli olan hallar) qəsdən pozanların isə namazları batil hesab edilir.
Səsin uca miqdarı: Səsin alçaq tonu bir qayda olaraq hamıya rahat anlaşılan məsələdir və bu səsin aydın ifadə olunmamağına deyilir. Amma yüksək tona gəldikdə isə onun normal danışıq həddə aydın ifadəsi və eşidilməsi nəzərdə tutulur və bu da, qışqırıq formasına qalxmamalıdır ki, o zaman yenə batil hökmünü daşıyacaqdır. Buna əsasən, namaz qılan şəxs onu heç kəsin diqqətini cəlb etmədiyi hər hansı məkanda qıla bilər və bu səs tonu, adətən, kiminsə əziyyət və narahatçılığına səbəb olmur. Sonda onu da qeyd edək ki, dinin hər bir hökm və ayini üçün müəyyən ölçü çərçivəsindəki hikmət və fəlsəfəsi idrakımızdan xaric olsa da, gərək bəndəlik vəzifələrini hiss edərək olduğu kimi riayət edilsin. Mətndə qeyd edilən hökm və şəri göstərişlər mərhum İmam Xomeyninin “Tozih əl-məsail” əsərindən iqtibas edilib. sualcavab. namaz.ge Oxşar xəbərlər
|