Pis əxlaq əməli xarab edər, ruzini azaldar
Mьəllif: admin1
Tarix: 16-10-2024, 14:48
Pis əxlaq əməli xarab edər, ruzini azaldar
Həzrət Peyğəmbər (s) buyurur: “Pis əxlaq əməli xarab edər, necə ki, sirkə balı xarab edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Pis əxlaqlı özünü çətinliyə salar”.

İmam Əli (ə) buyurur: “Pis əxlaqlı insanın ailəsi ondan yorular və bezar olar”.

Həzrət Əli (ə) başqa yerdə buyurur: “Pis əxlaqlı insanın ruzisi dar olar”.

Əziz Peyğəmbərimizə (s) deyirlər ki, filan qadın gündüzləri oruc tutur və gecələri ibadətlə məşğul olur. Ancaq pis əxlaqlıdır və qonşularını dili ilə incidər. Buyurur: “Onda xeyir yoxdur və atəş əhlidir”.

İmam Sadiq (ə) buyurur: “Dörd şey vardır ki, əgər hər kimdə olarsa, imanı kamil olar. Baxmayaraq ki, başdan-ayağa günah içində olar: düz danışan, əmanətdar, həya və xoş əxlaq”.

Hədis buyurur ki, bu dörd sifət kimdə olarsa, onu günahdan saxlayar və imanı kamil olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Mömin insan öz gözəl əxlaqı ilə oruc tutanın və gecə oyaq qalanın dərəcəsinə çatar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman Allah sizlərdən birinə xeyir əta etsə, ilk olaraq, özünüzü və ailənizi ondan bəhrələndirin”.

Peyğəmbər (s) buyurur ki, ilk yaxşılıq etməyə ailədən başlayın və sonra da sizə yaxın olanlardan.

İmam Səccad (ə) buyurur: “Bazara daxil olam və ailəmin ehtiyacı olan ət almağa yanımda pul olarsa və onu alaramsa mənim üçün qul azad etməkdən daha sevimlidir”.

İmam Rza (ə) buyurur: “Hər kim ruzisini halal yoldan axtararsa, özü və ailəsi üçün yığarsa, Allah yoluda cihad edən kimi olar”.

İmam Sadiq (ə) buyuur: “Nə zaman sizlərdən biriniz ehtiyaclı olsa, səfərə çıxsın və İlahi fəzlin ardınca olsun. Özünü və ailəsini narahat etməsin”.

Mömin gərək bütün xoşluq və nemətlərdə ailəsini şərik etsin. Hətta yemək yeyəndə onlarla bir yerdə yesin.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizi beş şeydən agah edimmi ki, əgər hər kimdə olsa təkəbbürlü olmaz? Çobanlıq və qoyunları otarmaq, yun paltar geyinmək, yoxsullarla yoldaş olmaq, uzunqulağa minmək, ailə ilə bir yerdə yemək yemək”.

Əmirəl-möminin (ən) buyurur: “Ey elm axtaran! Alimin üç nişanəsi vardır: elm, həlimlik və sükut. Alimə bənzəyənlərin üç nişanəsi vardır: özündən üstün olanlarla yersiz dava edər, özündən alçaq olanlara zülm edər, zalımların himayəçisidir”.

Allah Təala bizləri doğru yola hidayə etsin və bu yolda sabitqədəm etsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031