Riya və təkəbbür
İstənilən bir əməl və ibadətdə özünü xalqa göstərmək haramdır və Allahın qəzəbinə səbəb olar. Qurani-Kərimdə riyakar namaz qılanlara müraciətlə buyurulur: «Vay o namaz qılanlara ki, namazlarında qəflətdə olub riya edirlər».
Bir şəxs Həzrət Peyğəmbərdən (s) soruşdu: «İnsanın qurtuluşu nədədir?» Həzrət (s) buyurdu: «Xalqın diqqətini cəlb etmək üçün ibadət etməməsindədir.» Bir rəvayətdə deyilir: Kimi cihadda öldürülür, kimi var-dövlətini sədəqə verir, kimi Quran oxuyur. Əgər cihad edənin məqsədi özünü şücaətli göstərmək, sədəqə verənin məqsədi səxavətli tanınmaq, Quran oxuyanın istəyi qari kimi məşhurlaşmaqdırsa onların heç birinin mükafatı yoxdur və riya əməllərini puça çıxarmışdır. Bir hədisdə İslam Peyğəmbəri buyurur: «Allah taala mələklərə buyurar ki, bu şəxs iş gördüyü vaxt bizi nəzərdə tutmadığı üçün onu cəhənnəmə göndərin» (eyni mənbə). İslam Peyğəmbəri (s) buyurur: «Sizin üçün qorxduğum ən təhlükəli şey kiçik şirkdir, yəni riya»; «Bir əməldə zərrə qədər riya olarsa, Allah o əməli qəbul etməz» Şəddad ibn Ous deyir: «Gördüm ki, Həzrət Peyğəmbər (s) ağlayır. Səbəbini soruşdum. Buyurdu ki, ümmətimin şirk edəcəyindən qorxuram, onlar bütə günəşə aya, daşa pərəstiş etməyəcəklər, amma əməllərində riya və xudpəsəndlik olacaqdər.» Təkəbbür İstər Allah və Onun göstərişləri, istərsə də xalq qarşısında özünü çəkib təkəbbür göstərmək şeytani sifətdir. İblis Allah hökmü qarşısında təkəbbür göstərdiyi üçün Allahın hüzurundan əbədilik qovuldu və lənətə düçar oldu. Təkəbbürlü insan Allahın məhəbbət dairəsindən kənardır. «Nəhl» surəsinin 23-cü ayəsində buyurulur: «Həqiqətən O, təkəbbürlüləri sevməz». Qurani-Kərim təkəbbürlü insanları cəhənnəm əhli hesab edir: «Cəhənnəm təkəbbürlülər üçün pis yerdir.» Bəli, özünü başqalarından üstün bilmək, özünü hamıdan ağıllı hesab etmək, ilahi göstərişlərə itaətdən boyun qaçırmaq böyük günahdır və bu günahın müqabilində ağır əzab vəd edilmişdir. İnsanın öz biliyinə ibadətinə, saleh əməlinə, əsil-nəcabətinə, gözəlliyinə, var-dövlətinə, övladlarına, dostlarına rəğmən xalq qarşısında özünü yuxarı tutması çox çirkin işdir. İmam Sadiq (ə) buyurur: «İzzət və əzəmət, üstünlük və böyüklük Allaha məxsus xüsusiyyətlərdir. Özünü belə göstərmək istəyənləri Allah cəhənnəmə atar». Həzrət Baqir (ə) və İmam Sadiq (ə) buyururlar: «Qəlbində bir zərrə ağırlığında təkəbbür olanlar behiştə daxil olmaz».108 İmam Sadiq (ə) buyurur: «Doğrudan da, cəhənnəmdə təkəbbürlülərə məxsus «səqər» adlı yer var. Buranın istisindən Allaha şikayət edər, nəfəs almaq üçün icazə istəyərlər. Elə ki, nəfəs çəkərlər, nəticədə cəhənnəm alışar. Əbdül-Əla deyir: «İmam Sadiqdən (ə) soruşdum ki, təkəbbür nədir? İmam (ə) buyurdu ki, təkəbbürün ən böyük dərəcəsi həqiqəti yüngül, xalqı alçaq saymaqdır. Soruşdum ki, həqiqəti yüngül saymaq nədir? Buyurdu ki, onu anlamayıb, əhlinə tənə etmək.» ixlas.az Oxşar xəbərlər
|