USTAD ŞƏHRİYARIN HZ. ƏLİ (Ə) HAQQINDA YAZDIĞI ŞEİR.
Şeirin əsli farscadır. Bu onun tərcüməsidir. Aşağıdakı videoda onun əslini məşhur məddah Məhəmməd Esfahani oxuyur Əli, Ey humayi rəhmət, ələm eyləyən Xudanı O huma ki, sayəsində edər hifz masəvanı Könül, istəsən Xudanı biləsən, Əlini yad et Tanıdım Əlini vallah, tanıdım o dəm Xudanı İki dünyada fənadan bir əsər belə tapılmaz Əgər öz əlinə alsa Əli çeşmeyi bəqanı Su çilə doyunca rəhmət buludu ki, bu cəhənnəm Qəzəb atəşində yoxsa külə döndərər cahanı Gedib ey yazıq dilənçi qapısını döy Əlinin Ki, üzük verib şah eylər kərəmilə hər gədanı Əlidən savayı kimdən hələbir uşaq doğulmuş Ki, tanıtdıra cahanda şühədayi Kərbəlanı Edər əhdi dosta qurban verə var-yoxunu dostlar Fəqət hansı dost Əli tək edər əhdinə vəfanı Deyə bilmərəm Xudadır, bəşər ad verəm xətadır Çağırım nə adla bilməm şəhi mülki lafətanı Qan axır iki gözümdən, tələs, ey nəsimi-rəhmət Onun astanından al, gəl mənə xaki tutiyanı O ümidlə ki, ayağın tozunu ziyarət etsin Qapına ürək sözümlə yola salmışam səbanı Sən Əli, qəzasovansan, bizi dinlə binəvayıq Uzaq eylə canımızdan kərəminlə hər qəzanı Onun eşqi ilə ney tək necə mən gəlim fəğanə Ki, lisani qeybi xoşdur edə vird bu nəvanı Gecə sübhətək ümidim bunadır səhər nəsimi Verə aşina həyamı, edə şad aşinanı Qulaq as gecə o “Ya həqq” quşuna ki, Şəhriyara Biləsən nə xoşdur açmaq gecə dosta macəranı Qasim Birlik.az Oxşar xəbərlər
|