Bu surəni oxuyanın nə özü və nə də ailəsi heç bir pislik görməz
"Hədid” surəsi Mədinədə nazil olmuşdur, Quranın 57-ci surəsidir, 29 ayəsi vardır.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Hədid” surəsini oxuyar, o kəslərdəndir ki, Allah və Rəsuluna (s) iman gətirmişdir”. Həzrət Peyğəmbər (s) Bərad ibni Azibə buyurur: "Əgər Allahı əzim adı ilə çağırmaq istəyirsənsə, "Hədid” surəsinin ilk on ayəsini və "Həşr” surəsinin son ayələrini oxu”. İmam Sadiq (ə) buyurur: "Hər kim vacib namazlarında "Hədid” və "Mücadilə” surəsini oxuyarsa, onu yerinə yetirməyi davamlı edərsə, Allah ona ölənə qədər heç bir zaman əzab verməz. Nə özü və nə də ailəsi heç bir pislik görməz. Heç bir şiddətli yoxsulluq ona çatmaz”. Bu surənin fəzilətləri: 1. İlahi əzabdan amanda olmaq. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Hədid” surəsini oxuyarsa, Allaha lazımdır ki, ona İlahi əzabdan aman versin. Behiştdə ona nemət versin. Hər kim bu surəni oxumağı davamlı edərsə, zindanda və ya zəncirdə olarsa, Allah nicat yolunu onun üçün asan edər”. 2. Döyüşdə igid olar. Hər kim "Hədid” surəsini yazar və özü ilə gəzdirərsə, əgər müharibədə iştirak etsə, heç bir ox və ya dəmir bir şey bədəninə daxil olmaz. Döyüşdə ürəkli olar. Əgər bədəninə dəmir parça daxil olubsa, ona oxunarsa həmin saatda və ağrısız çıxar. /Deyerler.org/ Oxşar xəbərlər
|