Qüdrət sahibinin cəzası ikiqat olduğu kimi, mükafatı da ikiqatdır
Mьəllif: admin1
Tarix: 5-01-2016, 21:48
Qüdrət sahibinin cəzası ikiqat olduğu kimi, mükafatı da ikiqatdır

“Siz, ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar çirkin iş görsə, (axirətdə) onun əzabı ikiqat artacaqdır. Bu, Allah üçün asandır (və Peyğəmbərlə evliliyiniz buna mane ola bilməz, əksinə Peyğəmbərin zövcələri olduğunuza görə bu zəruridir). “Sizdən hər kim Allahın və Onun Rəsulunun müqabilində təvazökarlıq və itaətkarlıq göstərsə və saleh əməl etsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün çox qiymətli və dəyərli bir ruzi hazırlamışıq”. (“Əhzab” 30-31).
Əgər günah etsələr, bu günahın əzabı adi haldan ikiqat çox olacaqdır. Əgər yaxşı əməl sahibi olsalar, mükafatları da ikiqat olacaqdır. (Tebyan)
Çünki bu insanlar adi insanlar deyildir. Ona görə ikiqat cəzalandırılarlar ki, bir cəzanı günahlarına görə alarlar. İkinci cəzanı isə İslamın abrına ləkə vurduqlarına görə. Başqa bir tərəfdən əgər saleh əməl etsələr, bir mükafatı bu əmələ görə alarlar, ikinci mükafatı İslam dininin təbliğinə görə.
Bu qanun ancaq Peyğəmbərin (s) həyat yoldaşlarına aid edilmir. Hər kimin dinlə rabitəsi olar və insanların nəzərində dinə təsir edəndir – bu qanun onlara da aiddir.
Bir nəfər İmam Səccada (ə) deyir: “Siz o nəsilsiniz ki, Allah sizi bağışlanmağına şamil etmişdir”. İmam (ə) qəzəblənir və buyurur: “Biz ona layiqik ki, Allahın Peyğəmbərin (s) həyat yoldaşları ilə bağlı həyata keçirtdikləri bizim üçün də həyata keçsin. Nəinki sən dediyin kimidir. Biz yaxşı əməllərimizə görə ikiqat mükafat və pis əməllərimizə görə ikiqat əzab olunarıq”. Sonra İmam (ə) yuxarıdakı iki ayəni şahid kimi tilavət edir.
Allah bu surənin başqa bir ayəsində buyurur: “Və heç bir mömin kişiyə və möminə qadına yaraşmaz və şər’ən caiz və əqlən rəva deyildir ki, Allah və Onun Rəsulu (onların barəsində) bir fərman verdikdə, onların öz işlərində ixtiyar sahibi olsunlar. Və kim Allaha və Onun Rəsuluna itaətsizlik etsə (asi olsa), şübhəsiz açıq-aşkar bir azğınlığa düşmüşdür”. (“Əhzab” 36).
Bu ayə müsəlmanın təslim olmasına aid bir ayədir. Sanki ona bənzəyir ki, bir mahir həkim xəstəyə deyir ki, etdiyim müalicə o zaman yaxşı nəticə verər ki, sən mənim həkimliyim qarşısında təslim olasan. Özündən nəzər verməyəsən. Ona görə də Allah Təala ayənin sonunda buyurur ki, hər kim itaətsizlik etsə, azgınlığa düşər.
“Ey iman gətirənlər, Allahı çox zikr edin! Ona hər səhər və axşam təsbih deyin”. (“Əhzab” 41-42).
Allah Təala bu ayələrdə buyurur ki, əgər Allahı çoxlu yada salsanız və onu təsbih etsəniz – nuruna qərq olar və batininizdəki zülmətdən nicat taparsınız.
Beləliklə deyə bilərik ki, əgər insan həqiqətən də Allahın və Peyğəmbərin (s) əmr və göstərişləri qarşısında müti olar və təslim olarsa, dinin inkişaf edib çiçəklənməsində rolu olarsa və bu yolda insanlara təsir etmək gücü olarsa – o zaman Peyğəmbərin (s) həyat yoldaşları ilə bağlı Quranda buyurulan qanun ona da aid olar. Yəni, əgər saleh əməl görərsə, mükafatı ikiqat olar. Əgər pis əməl görərsə, cəzası və əzabı ikiqat olar.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930