Qurani-Kərimin Həzrət İsa (ə) haqqında bəyan etdiyi 5 xüsusiyyət
Mьəllif: admin1
Tarix: 9-04-2021, 10:59
Qurani-Kərimin Həzrət İsa (ə) haqqında bəyan etdiyi 5 xüsusiyyət
İslam dininin Həzrət İsaya (ə) baxışı – dəyərli və əxlaqi bir baxışdır. İslamın Həzrət İsaya (ə) verdiyi dəyəri xrsitian dini ona vermir.

Mərhum Əllamə Kaşəful-ğita deyir: "Əgər biz Quranı-Kərimin Həzrət İsa (ə) və şərəfli anası Həzrət Məryəm (s) haqqındakı təriflərini bəyan etməsəydik, bəşər heç bir zaman bu insanların əzəmətini dərk edə bilməzdi. Əgər İncilə müraciət etməli olsaydıq, o zaman qələm Həzrət İsanı (ə) təsvir etməkdən xəcalət çəkərdi”.

Halbuki, Quran bu əziz insanlar haqqında buyurur: "(Həmin körpə dilə gəlib) dedi: Həqiqətən mən – Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) peyğəmbər edib. Və məni – harada olsam – bərəkətli bir vücud edib və nə qədər ki, sağam – mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb”. ("Məryəm” 30-31).

Həzrət İsanın (ə) Quranda bəyan olunan üstün sifətləri:

1. Zülmdən uzaq və valideyninə hörmət edəndir. "Və məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən məhrum etməyib”. ("Məryəm” 32).

2. Allahpərəstliyə dəvət edəndir. "(İsa dedi:) Və şübhəsiz, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Doğru yol budur!”. ("Məryəm” 36).

Həzrət İsanın (ə) Allah bəndəliyi barəsində buyurduğu hədisdə oxuyuruq: "Xoş olsun o kəslərin halına ki, gecəni ibadətlə keçirirlər. Onlar o kəslərdir ki, qalıcı nuru irs aparıblar”.

3. Həqiqətləri bəyan edəndir. "İsa (özünün peyğəmbərlik möcüzələrindən) aydın dəlillər gətirən zaman dedi: «Mən sizin üçün hikmət (şəriət hökmləri və əqli elmlər) gətirdim (və gəldim) ki, sizə barəsində ixtilafda olduğunuz şeyin bəzisini açıqlayım. Odur ki, Allahdan qorxun və mənə itaət edin”. ("Zuxruf” 63).

4. Dünya və axirətdə abırlı olandır. "(Yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən, Allah sənə Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (Onun «ol» deməyi ilə bətndə yaranan bir övlad) ilə müjdə verir ki, o, dünya və axirətdə cəlal və ehtiram sahibi və (Allah dərgahına) yaxınlardandır»”. ("Ali-İmran” 45).

5. Salehlərdəndir. «İnsanlarla beşikdə (möcüzə ilə) və yaşa dolduqda (vəhy əsasında) danışacaq və (o) salehlərdəndir». ("Ali-İmran” 46).

"Həmçinin Zəkəriyya, Yəhya, İsa və İlyası (da hidayət etdik). Onların hamısı salehlərdən idilər”.("Ənam” 85).


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930