Allahı çağırın ki, duanız qəbul olunsun
Mьəllif: admin1
Tarix: 6-02-2021, 22:25
Allahı çağırın ki, duanız qəbul olunsun
Hədisi nəql edən deyir: “İmam Sadiqə (ə) dedim: “Allah kitabında iki ayə vardır ki, o ikisini axtarıram, ancaq tapmıram”.

İmam (ə) soruşdu: “Bu iki ayə hansılardır?”.

Hədisi nəql edən deyir: “Allah Təala buyurur: “Məni çağırın ki, Mən də duanızı qəbul edim”. (“Ğafir” 60).

Biz Onu çağırırıq, ancaq O, yerinə yetirmir”.

İmam (ə) buyurdu:

- Güman edirsən ki, Allah vədəsinə əməl etmir?

Dedim:

- Xeyr.

İmam (ə) buyurdu:

- Bəs niyə yerinə yetirmir?

Dedim:

- Bilmirəm.

Buyurdu:

- Ancaq mən səni agah edim. Hər kim Allahın ona verdiyi göstərişlərə əməl edər, Ona dua edərək çağırarsa, onu yerinə yetirər.

Dedim:

- Bəs dua etməyin yolu nədir?

Buyurdu:

- Allaha həmdlə başlayırsan və Allahın sənə verdiyi nemətləri dilinə gətirirsən. Ona şükür edirsən və ondan sonra Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndərirsən və günahlarını yada salırsan, onları etiraf edirsən. Onlardan Allaha pənah aparırsan. Budur dua etməyin yolu.

Sonra İmam (ə) buyurdu:

- Bəs o biri ayə hansıdır?

Dedim:

- Allah Təala buyurur: “(Allah yolunda) sərf etdiyiniz hər bir şeyin əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır”. (“Səba” 39). Mən infaq edirəm, ancaq əvəzini görmürəm.

İmam (ə) buyurdu:

- Güman edirsən ki, Allah vədəsinə əməl etmir?

Dedim:

- Xeyr.

Buyurdu:

- Bəs niyə onun əvəzini verməmişdir?

Dedim:

- Bilmirəm.

Buyurdu: “Əgər kimsə halal mal əldə edər və halal yolda infaq edər, elə bir dirhəm infaq etməz, məgər o halda ki, onun əvəzi ona verilər”. (İslami saytlara istinadən)



Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930