Xəyal və gümanlar insana həqiqətin qapısını bağlayar
Güman və xəyala söykənməyin əqli və məntiqi kökləri yoxdur. Bu, bəyənilməyən, çirkin bir iş sayılır. Güman etdiyin şeylərin ardınca getmək həyatı məhv edər, əməli zay edər və insanın zəhmətini bada verər. (Erfan) Qurani-Kərim bu haqda buyurur: “(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)”. (“İsra” 36). Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman həsədə düçar olsanız, həsəd etdiyiniz insanın haqqını tapdalamayın. Nə zaman gümana, zənn və xəyala düçar olsanız, onu həqiqət qəbul edərsiniz”. Firon Həzrət Musaya (ə) qarşı zənn və xəyala düçar olur və bu zənni onu həlak edər. O, Musanın (ə) etdiyi möcüzələri görən zaman gərək onu sehrdən ayırardı. Ancaq gümanına görə heç bir elmi və məntiqi dəlil olmadan, Həzrət Musanın (ə) etdiklərini sehrbazlıq hesab etdi. O zaman ki, öz sehrbazları Musaya (ə) iman gətirir, onlara deyir: “Firon dedi: “Mən sizə izn verməzdən öncəmi ona iman gətirdiniz?! Şübhəsiz ki, o, sizə sehr öyrətmiş olan böyüyünüzdür (sizin bu mübarizəniz süni idi)””. (“Şuəra” 49). Bu bəla Hudun (ə) qəbiləsinə də nüfuz edir. Belə ki, Hudun (ə) qəbiləsi də ona güman və xəyalla baxdıqları uçun həqiqətləri görə bilməmişdilər. Onu ağılsız və yalançı adlandırırdılar. “Qövmünün kafir olan böyükləri və başçıları dedilər: «Doğrudan da biz səni səfehlik və nadanlıq içərisində görürük və həqiqətən səni yalançılardan hesab edirik»”. (“Əraf” 66). Nuh (ə) qəbiləsinin kafirləri güman və xəyallarına söykənərək, Həzrət Nuha (ə) belə xitab etmişdilər: “Beləliklə, onun qövmünün küfr edən böyük və başçıları dedilər: «Biz səni yalnız özümüz kimi bir bəşər görürük (sən nə mələksən, nə də maddi baxımdan və məqam cəhətdən bir üstünlük sahibi). Və sənə bizim nanəciblərimizdən başqa – (onlar da) fikirləşmədən və elə ilk baxışda – tabe olan bir kəs görmürük. Həmçinin sizdə özümüzdən heç bir üstünlük görmürük, əksinə, sizi yalançı hesab edirik»”. (“Hud” 27). Bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, xəyal və güman insana həqiqətlərin qapısını bağlayar və onu görməyə imkan verməz. İnsanın dünya və axirət səadətini bada verər. Ömrünü məhv edər. Axı Allahın seçdiyi peyğəmbərə (ə) yalançı və sehrbaz deməkdən böyük ziyan vardırmı?! Bu insanlar yüzlərlə məntiqli dəlili inkar edib, öz düz hesab etdikləri gümana söykəndikləri üçün ziyan əhli olmuşdular. Quran və hədislərimiz bizə demək istəyir ki, güman və zənn etməyin kökü və bünövrəsi yoxdur. Əgər həyat yüyəninizi onun əlinə versəniz, şübhəsiz ki, sizi uçuruma və həlaka tərəf sürükləyər. Yer üzündə çox sayda fəsada və zülmə səbəb olar. “(Məbud, Allaha yaxınlaşdıran və şəfaətçi adlandırılan) bu bütlər sizin və atalarınızın (onlara) qoyduğunuz quru adlardan başqa bir şey deyildirlər. Allah onlar(ın haqq olmaların)a dair əsla bir dəlil-sübut nazil etməmişdir. (Bəli,) onlar yalnız gümana və nəfsi istəklərə tabe olurlar, halbuki Rəbbləri tərəfindən onlara hidayət vasitəsi (Qur'an və Peyğəmbər) gəlmişdir”. (“Nəcm” 23). Bəli, göründüyü kimi güman və zənn elm və yəqinliyin yerini tuta bilməz. /Deyerler.org/ Oxşar xəbərlər
|