Ailədə namaz
Mьəllif: admin1
Tarix: 8-01-2016, 11:05
Ailədə namaz
Ailə ictimaiyyətin təməl daşı hesab olunur. Əgər bu təməl daşı sağlam və düzgün ailə tərbiyəsi əsasında qoyularsa, pak bir mühitin ərsəyə gəlməsinə zəmin olacaq. Amma, əgər ailədə təlim-tərbiyə sönük və puç əxlaqi prinsiplərə əsaslanarsa, təbii ki, qeyri-insani bir cəmiyyətin formalaşmasına səbəb olacaqdır. Övladlarının dinin qarşıya qoyduğu əxlaqı dəyərlər əsasında tərbiyə olunmasını istəyən şəxs ilk olaraq özü dini vacibatları icra edib, sonra uşaqlarını da bu gözəl işə cəlb etməlidir.
Ailədə valideynin ümdə vəzifələrindən biri də övladlarına namaz öyrətməkdi. Çünki, Qurani-kərimin dəfələrlə təkid etdiyi namaz insanı fəsad və pozğunluqlardan uzaq tutur və onların dünya və axirət səadətini təmin edir.
Kimliyindən asılı olmayaraq namaz bütün ailələrdə, hətta Peyğəmbərin (s) evində bərpa olunmalıdır. Allah Qurani-kərimdə İslam peyğəmbərinə (s) buyurur:
وَأْمُرْ أَهْلَكَ بِالصَّلوةِ وَاصْطَبِرْ عَلَيْهَا لَا نَسْأَلُكَ رِزْقًا نَّحْنُ نَرْزُقُكَ وَالْعَاقِبَةُ لِلتَّقْوَى
"Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!”("Taha”, 132.)
Həmçinin, Qurani-kərimdə həzrət İsmayılın (ə) ailəsinə namaz qılmağı əmr etməsinə şahid olururq.
وَكَانَ يَأْمُرُ أَهْلَهُ بِالصَّلوةِ وَالزَّكَوةِ وَكَانَ عِندَ رَبِّهِ مَرْضِيًّا
"O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. (İsmayılın əməli Allah dərgahında bəyənilmişdi)”("Məryəm”, 55.).
Qurani-kərimdə həkim kimi tanıtdırılan, oğlunu əxlaqi dəyərlərə sövq edən həzrət Loğman (ə) ilk olaraq övladını namaza dəvət edir, sonra digər vacib əməllərin icrasını ondan tələb edir.
يَا بُنَيَّ أَقِمِ الصَّلَاةَ وَأْمُرْ بِالْمَعْرُوفِ وَانْهَ عَنِ الْمُنكَرِ وَاصْبِرْ عَلَى مَا أَصَابَكَ إِنَّ ذَلِكَ مِنْ عَزْمِ الْأُمُورِ
"Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!”("Loğman”, 17.)
Bütün valideynlər övladlarının bu vacib əməli yerinə yetirmələri üçün çalışmalı və Allaha, Əhli-beytə (ə) bu işin tezliklə həyata keçməsi üçün dua etməlidirlər. Necə ki, İbrahim Xəlilullah (ə) ailəsinin namaz əhli olması üçün dua edərək buyurur:
رَبِّ اجْعَلْنِي مُقِيمَ الصَّلوةِ وَمِن ذُرِّيَّتِي رَبَّنَا وَتَقَبَّلْ دُعَاءِ
"Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul et!”("İbrahim”, 40.)
İslam peyğəmbəri (s) uşaqlar yeddı yaşına yetdiyi zaman onlara namazın öyrədilməsinin məsləhət olduğunu buyurur:
"Övladlarınız yeddi yaşına çatdığı zaman onlara namazı öyrədin”("Mustədrəkul-vəsail”).


namaz.ge
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930