Həzrət Zəhra (ə) Əhli-Beyti (ə) sevənlərin nicatı ilə bağlı Həzrət Cəbraildən (ə) sənəd almışdır
Mьəllif: admin1
Tarix: 12-12-2022, 10:30
Həzrət Zəhra (ə) Əhli-Beyti (ə) sevənlərin nicatı ilə bağlı Həzrət Cəbraildən (ə) sənəd almışdır

Həzrət Zəhra (s.ə) dünyasını dəyişməyə yaxın vaxtlarda Əmirəl-möminin (ə) onun yatağının kənarında bir bağlama gördü və soruşdu ki, bu nədir?

Xanım (s.ə) buyurdu: “Yaşıl ipəyin arasında ağ bir səhifə vardır və həmin səhifədə bir neçə sətir yazılmışdır”. Buyurdu: “Məzmunu nədir?”.

Həzrət Peyğəmbərin (s) qızı cavab verdi: “Toy gecəsində ibadət yerimdə əyləşmişdim ki, bir yoxsul gəldi və məndən paltar istədi. Mənim iki paltarım var idi: biri təzə ki, toy üçün geyinmişdim, biri də köhnə idi.

Təzə paltarımı ona verdim və köhnə paltarı əynimə geyindim. Səhərisi gün atam məni görmək üçün gəldi və buyurdu: “Niyə təzə paltarını geyinməmisən?”.

Dedim: “Məgər siz buyurmamısınız ki, insan hər nə qədər yoxsula sədəqə verər, onun üçün qalıcı olar. Mən də həmin təzə paltarı yoxsula verdim”.

Atam buyurdu: “Əgər təzəni geyinib, köhnəni yoxsula versəydin ərin üçün daha yaxşı olardı və o çarəsiz də paltarına çatardı”.

Atama dedim: “Mən bu işi sizin ardıcılınız olaraq görmüşəm. Çünki anam Xədicə (s.ə) sizin xidmətinizə nail olandan sonra bütün malını sizin ixtiyarınızda qoymuşdu.

Siz də onların hamısını Allah yolunda xərclədiniz və o yerə qədər ki, yoxsul sizdən paltar istəyəndə əyninizdə olan paltarı çıxardıb ona bağışladınız. Özünüz isə həsirə bürünüb evə gəldiniz. Bu işdə heç kəs sizin kimi deyildir”.

Atam ağladı və məni sinəsinə sıxdı. Bu zaman buyurdu: “Vəhy əmini Cəbrayil (ə) nazil oldu və Allah tərəfindən sənə salam söyləyir və deyir ki, Fatiməyə (s.ə) de ki, bizdən hər nə istəsə, istəsin ki, Mən Fatiməni (s.ə) sevirəm”.

Dedim: “Ey ata! Xidmətinin feyzinin şirinliyi məni elə məşğul etdi ki, Kərim Allahla Darus-səlamda görüşməkdən başqa heç nə istəmirəm”.

Atam əllərini haqqa tərəf açdı və mənə də əmr etdi ki, əllərimi açım və özünəməxsus halla Allaha buyurdu: “Pərvərdigara! Ümmətimi bağışla!”.

Cəbrayil (ə) nazil oldu və dedi: “Allah buyurur ki, ümmətindən hər kim Fatimənin (s.ə), Əlinin (ə), övladlarının məhəbbətinə malik olar, onu bağışladım”.

Mən Allahdan bununla bağlı sənəd istədim. Cəbrayil (ə) özü ilə bu yaşıl ipəyi gətirdi ki, orada yazılmışdı: “Sizin Pərvərdigarınız mehr və məhəbbəti Özünə vacib etmişdir. Cəbrayil (ə) ilə Mikayil (ə) də ona şəhadət vermişdi”.

Atam buyurdu: “Onu qoru və vəfat edən zaman vəsiyyət et ki, səninlə qəbrə qoysunlar”.

Xanım buyurdu: “İstəyirəm ki, məhşər günü atəşin dilləri şölələnən zaman atama verim və o Həzrət də Allahın vədə etdiyini istəsin””.

Bu hədislə bağlı iki mühüm nöqtə vardır ki, onlardan biri budur: ümmət dedikdə bütün ümmət nəzərdə tutulmur. Ümmət ünvanı o kəs üçün sadiqdir ki, tövhidə, risalətə, imamətə və Qiyamət gününə iman bəsləsin. Lazım həddə vacibatları yerinə yetirsin və haramlardan çəkinsin.

Elə yaşamasın ki, Peyğəmbərin (s) buyurduğu kimi: “Bunlar mənim ümmətimdən və hətta müsəlman belə deyildirlər. Mən onlardan bezaram və onlar da məndən bezardırlar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Məndən deyildir o kəs ki, müsəlmanın əhli və malı ilə rabitədə müsəlmana xəyanət edər”.

Həzrət (s) başqa yerdə buyurur: “O kəslər ki, alış-verişdə müsəlmana fırıldaq gələr – bizdən deyildir. Qiyamət günü yəhudilərlə məşhur olacaqdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim dünyada əmanətə xain olar və onu əhlinə qaytarmaz, ölərsə mənim dinimdən qeyrisində ölmüş olar və Allahla ona qəzəblənmiş halda görüşər”.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Agah olun, hər kim şərindən amanda qalmaq üçün insanlar ona ehtiram göstərər – məndən deyildir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ümmətim üçün bir zaman gəlib çatacaqdır ki, beş şeyə məhəbbət göstərəcək və beş şeyi unudacaqlar. Dünyaya məhəbbət bəsləyib, axirəti unudacaqlar. Sərvətə ifrat eşq bəsləyib, Qiyamət günü sərvətə görə hesab verməyi unudacaqlar.

Naməhrəm qadına eşq bələyib, behişt hurilərini unudacaqlar. Qəsr və saray kimi mənzillərə əlaqə bəsləyib, qəbri unudacaqlar. Özlərini sevəcək və Rəbblərini yada salmayacaqlar. Onlar məndən bezardırlar və mən də onlardan bezaram”.

Yuxarıdakı hədislə bağlı ikinci nöqtə isə budur ki, Həzrət Siddiqəyə (s.ə), Əmirəl-mömininə (ə) və övladlarına məhəbbət əgər mərifət üzündən olarsa, insanı yaxşı əməllərə tərəf təhrik edər və dünya, axirət səadətini təmin edər. İnsanın Qiyamət günü nicatına səbəb olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Əhli-beytimə (ə) məhəbbət, sevənlərinə 7 qorxulu halda fayda verəcəkdir: ölən zaman, qəbirdə, Qiyamətə daxil olmaq üçün qəbirdən qalxan zaman, əməl dəftərinin dağıldığı zaman, hesab zamanı, əməl tərəzisi zamanı, Siratın kənarında.

Hər kim bu sahədə amanda olmağa əlaqə bəsləyirsə, Əlini (ə) məndən sonra sevsin və möhkəm kəndir olan Əliyə (ə) söykənsin. Ondan sonrakı İmamlara (ə) çəng vursunlar. Çünki onlar mənim canişinlərim və sevdiklərimdir.

Elmləri – mənim elmim, səbirləri – mənim səbrim, ədəbləri – mənim ədəbim, hesabları – mənim hesabımdır. Onlarla vuruşmaq – mənimlə vuruşmaqdır, onlarla düşmən olmaq – mənimlə düşmən olmaqdır”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930