Ayətullah Cavad Amuli: “Ölüm - ayıqlığın başlanğıcıdır”
"O insan ki, ayıqdır, deməli hansısa amil onun ayılmasında aparıcı rol oynamışdır. Məsələn sübh namazı zamanı yatmış insanı yuxudan oyadan hər hansı ir şey, onun ayılmasının amili sayılar. Bu amil onu cəhənnəm əzabından qoruyar və behişt şövqünü artırar."
Ayətullah Cavad Amuli ayıqlığın, agahlığın mərhələləri barədə buyurmuşdur: "O insan ki, ayıqdır, deməli hansısa amil onun ayılmasında aparıcı rol oynamışdır. Qafil insanın ayılmasının müxtəlif səbəbləri vardır. Ola bilsin ki, bu amil cəhənnəm zəngi olsun, ya da behişt şövqü. Şəbaniyyə duasında oxuyuruq: "Sən məni özünə məhəbbət üçün ayıltmısan, cəhənnəm qorxusundan və ya behişt şövqündən deyil”. Zahiri ayıqlıq da bu cürdür. Məsələn o kəs ki, sübh namazı zamanı yatmışdır, o şey ki, onu yuxudan oyadar, bu ayılmasının amili sayılar. Bu amil onu cəhənnəm əzabından qoruyar və behişt şövqünü artırar. O insan ki, günah işlədir və ya Allahdan qeyrisinə diqqət edir, yatmış sayılar. İnsanların bir çoxu yatıblar. Ölən zaman ayılarlar. Halbuki, el arasında belə deyirlər ki, ölən yatan insana bənzəyir. Din isə bunun əksini deyir. O insan ki, dünyada olan zaman din maarifini dərk etmir - yuxudadır deməkdir. Ancaq o zaman ki, ölər, bir çox məsələlər onun üçün aydın olar. Həqiqətdə ölüm - ayıqlığın başlanğıcıdır. Əgər bərzəxi yatmaq yeri adlandırırlarsa, bu o demək deyildir ki, orada hamı yatır. Bərzəx dünyaya nisbətən ayıqlıq yeridir. Ancaq Qiyamətə nisbətdə o da yuxudur. Ölümdən sonrakı məsələlərin bir çoxu insan üçün aydın olmaz. Ancaq böyük Qiyamətdə aydın olar. Ona görə də Qiyamət günü ayılan insanlar deyərlər: «Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? (Bəli,) bu Rəhman (olan Allahın dünyada) bizə vəd verdiyi həmin (ölümdən sonrakı həyat)dır. Onun peyğəmbərləri doğru deyirlərmiş». ("Yasin” 52). O kəslər ki, elə əvvəldən ayıqlığı Allaha məhəbbətdə görürlər, şübhəsiz ki, axirət aquzəsini də həmin səfər qədər hazır edərlər”. Oxşar xəbərlər
|