Müntəzirlərin (intizarda olanların) xüsusiyyətləri
Mehdini tanımaq və imamlığına inanmaq.
İmam Mehdini (ə.f) tanımadan, onun imamlığına iman gətirmədən necə intizarda olmaq olaq?! Bu inam həqiqi müntəzirlərin başlıca xüsusiyyəti, intizarın mühüm amili və müqəddiməsidir. İmam Səccad (ə) bu barədə belə buyurur: ان اهل زمان غيبته،القائلون بأمامته،المتظرون لظهوره،افضل اهل كل زمان “Həqiqətən, qeyb dövrünün adamları onun imamlığını qəbul edib gözləsələr, digər zamanların adamlarından üstün olarlar”. Təqva və gözəl əxlaq. İslamda üstünlük və böyüklük meyarı yalnız təqvadan ibarətdir: ان اكرمكم عند الله اتقكم “Allah yanında ən üstün və yaxşınız, ən təqvalı olanınızdır”. Həmçinin imanın dəyəri əxlaqın gözəlliyi ilə ölçülür: افضلكم ايمانا احسنكم اخلاقا “Sizin aranızda ən imanlı şəxs, əxlaqı daha gözəl olanınızdır”. Buna görə də intizar çəkməyin fəzilət və üstünlüyü təqva və gözəl əxlaq olmadan əldə edilə bilməz. İmam Sadiq (ə) buyurmuşdur: من سر أن يكون من اصحاب القائم فلينتظر وليعمل باِلورع و محاسن الاخلاق وهو منتظر “Bizim qiyam edənimizin dost və köməkçilərindən olmaq istəyən şəxs intizarda olmalı və zühuru gözlədiyi halda, təqva və gözəl əxlaqla rəftar etməlidir”. İtaət və tabelik. Öz məsum İmamının yolunu gözləyənlər onun dini və dünyəvi rəhbərliyinə əqidə bəsləməli, itaətini vacib bilməli və qeyb dövründə əmrlərinə tabe olmaqla, özünü zühur vaxtı onun qeyd-şərtsiz itaətinəhazırlamalıdır. İmam Sadiq (ə) buyurmuşdur: طوبى لشيعة قائمنا المنتظرين لظهوره فى غيبته والمطيعين له فى ظهوره “Xoş bizim qiyam edənimizin şiələrinin halına! Onlar qeyb dövründə intizarda olar, zühur dövründə isə ona itaət göstərərlər”. Həzrət Mehdinin (ə.f) dostlarıyla dost və düşmənlərinə qarşı düşmən olmaq. Hər bir insanın ən mötəbər dostluq meyarlarından biri onun dostluq və düşmənliklərini araşdırmaqdır. Düşmənin dostunu və dostun düşmənini heç zaman dost adlandırmaq olmaz. Necə ki dostun dostunu və düşmənin düşmənini düşmən hesab etmək düzgün deyildir. Təbiidir ki, hər bir insan öz dostunun dostlarıyla dost və düşmənlərilə düşmən olur. İmam Mehdinin (ə.f) həqiqi müntəzirləri heç şübhəsiz ki, onun dostlarını sevməli və düşmənlərinə qarşı düşmən olmalıdırlar. Çünki onların bu intizarı imamlarına olan eşq, məhəbbət və sonsuz hörmətlərinin təzahürüdür. Peyğəmbər (s) buyurmuşdur: طوبى لمن ادرك قائم اهل بيتى وهو يأتم به فى غيبته قبل قيامه وليتولى اوليا ئه و يعادى اعدائه “Xoş olsun mənim Əhli-beytimin qiyam edənini görəcək şəxslərə! O şəxslərə ki, hələ qeyb dövründə və qiyamdan qabaq ona iman gətirər, dostlarıyla dost və düşmənlərilə düşmən olarlar”. ixlas.az Oxşar xəbərlər
|