Ölüm yolunu gedənlər, bizə xəbər çatdırmaqdan məhrumdurlar. Amma bu işdə bizə Qurani-Kərim yardım edir
Mьəllif: admin1
Tarix: 10-01-2016, 21:01
Ölüm yolunu gedənlər, bizə xəbər çatdırmaqdan məhrumdurlar. Amma bu işdə bizə Qurani-Kərim yardım edir

Ölüm haqdır, hər bir canlının sorağına gec və ya tez gələcəkdir. Hər bir insanın evinin önündə yatan dəvədir, insan və ya qeyri-insan tanımır, hətta bəzən törpağı belə öldürür. “Hər bir canlı ölümü dadacaqdır. Sonra isə Bizim hüzurumuza (Bizim Bərzəx aləmimizə, Bizim Qiyamət səhnəmizə, Bizim Cənnətimizə və Cəhənnəmimizə) qaytarılacaqsınız!”. (“Ənkəbut” 57).
Ölüm böyük və ya kiçik tanımır, hətta aləmlərin ən üstünü olan Həzrət Muhəmmədin (s) belə mübarək qapısını döymüşdü. Ölüm xəbərsiz baş çəkər və hər an və hər yerdə bizim sorağımıza gələ bilər. (Tebyan)
Nə zaman ölüm mələyi bu cür xəbərsiz gələr, insanı qəflətdə ovlayar. Ona görə də insan hər an ölümün gələcəyini gözləməli və ona hazır olmalı, onu çoxlu yada salmalıdır. Peyğəmbəri-Əkrəm (s) daima səhabələrinə ölümü yada salmağı tövsiyə edərdi və buyurardı ki, ölümü çoxlu yada salın ki, ləzzətə qərq olmayasınız.
Həqiqətən də ölüm – ən yaxşı xətib və moizə edəndir. Tamahı, həsədi, simicliyi, kini, küdurəti, riyanı, bədbinliyi, dünyaya bel bağlamağı müalicə edən ən yaxşı dərmandır.
Ölümü yada salmaq qəflətin kökünü kəsər və qəlb imanını möhkəmləndirər. Ona görə də deyirlər ki, bir saat düşünmək – bir il ibadətdən daha üstündür.
Hədislərdə oxuyuruq ki, o insanlar ki, çoxlu günah edirlər, ölümü yada salmaq – onların dərmanıdır. Əgər bu dərman onlara şəfa verməsə, artıq başqa dərman şəfa verməyəcəkdir.
Ona görə də insan gərək daima bu səfəri xatırlasın və özünü ona hazır etsin. Əgər elə indidən axirətimiz, yəni ölümdən sonrakı həyatımız üçün azuqə toplamasaq, sonra əliboş qalarıq. Ona görə də elə indidən axirət azuqəsini düşünmək lazımdır.
Bu səfər, onu getmədiyimizə görə, bizim üçün naməlumdur. O kəslər ki, bu yolu gediblər, bizə xəbər verə bilmirlər. Onlar bu imkandan məhrumdurlar. Amma bu haqda bizlərə Qurani-Kərim yardım edir və insanın bu səfər üçün ehtiyacı olanları ona tanıdır. Hansı əməlləri etmək, hansıları etməmək, bütün ölümlərdən ən üstününün şəhidlik olması – bütün bunlar Qurani-Kərimin bizi ölümlə bağlı məlumatlandırmasının nümunələridir. “Əgər Allah yolunda öldürülsəniz, yaxud ölsəniz, şübhəsiz ki, Allah tərəfindən olan bağışlanmaq və rəhmət onların yığdıqlarından (dünya sərvətindən) daha yaxşıdır”. (“Ali-İmran” 157).
Quran həmçinin bizlərə ölülərimiz üçün dualar etməyi və xeyir əməlləri hədiyyə etməyi tövsiyə edir ki, onlar üçün axirət azuqəsi olsun. Ancaq yaxşı olar ki, insan hələ bu dünyada olan zaman axirəti üçün azuqə toplasın və başqalanın xeyir əməllərinə möhtac olmasın.
Bəli, ey insan! Sən behişt üçün yaradılmısan və cəhənnəmə dözə bilməzsən. Ona görə də ölümü çoxlu yada sal və ondan qafil olma ki, hər an sorağına gələ bilər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930