Ustad Qəraətinin baxışında uşaqlara bu mərhələ ilə ibadəti öyrədin
Ustad Qəraəti uşaqların ibadətində tərbiyə metodlarının bu cürə olmasını təsirli biilr:
Birinci mərhələdə: -Rəvayətlərdə gəlmişdir ki, uşaqlarınızı 3 yaşına qədər azad buraxın, bu yaşa çatdıqda "La İlahə İllalah" zikrini öyrədin. İkinci mərhələdə: -Uşağınız 3 yaş, 7 ay və 20 günə çatdıqda ikinci öyrətdiyini cümləniz "Məhəmməd Rəsulallah" olmalıdır, Üçüncü mərhələdə: -Uşağınız 4 yaşını tamamlayanda övladınıza Peyğəmbərə (s) salavat deməyi öyrədin. Dördüncü mərhələdə: -Uşağınız 5 yaşına çatanda sağ və sol əllərinin istiqamətini təyin edən zaman ona qibləni necə tapmağı öyrədin. Beşinci mərhələdə: -Uşağınız 6 yaşına çatanda ona namaz, ruku və səcdələri öyrədin. Altıncı mərhələdə: -Uşağınız 7 yaşına çatdıqda isə ona əl-üzünü (dəstəmaz almağı) öyrədin. Yeddinci mərhələdə: -Uşağınız 9 yaşını keçdikdə isə namaz qılmasına diqqət yetirin, əgər Allaha ibadət etmək haqqında tənbəllik etsə onu söz və əməldə ziyanverməyəcək yollarla danlayıb cəzalandırın. Oxşar xəbərlər
|