Bu surəni oxumaq insanı nurani edər
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Haqqə” surəsini oxuyar, Allah onun hesabında asanlıq edər”.
"Haqqə” surəsi Quranın 69-cu surəsidir, Məkkədə nazil olmuşdur və 52 ayəsi vardır. İmam Sadiq (ə) bu surə ilə bağlı buyurur: ""Haqqə” surəsini çox oxuyun, onu vacib və müstəhəb namazlarda oxumaq – Allaha və Peyğəmbərinə (s) imanın nişanəsindəndir. Bu surə Əmirəl-möminin (ə) və Müaviyyə haqqında nazil olmuşdur”. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Haqqə” surəsinin 11 ayəsini oxuyar, Allah Təala onu Dəccalın fitnəsindən saxlayar. Əgər bütün surəni oxuyarsa, başdan-ayağa nurani olmasına səbəb olar”. Bu surənin bərəkətləri. Həzrət Peyğəmbər (s) buyurur: "Əgər "Haqqə” surəsini yazsanız və hamilə qadın onu özü ilə gəzdirərsə, rəhmində olan övladı Allahın izni ilə qorunar. Əgər onu yazar və yuyub suyunu körpəyə içizdirərsə, həmin körpə güclü hafizəyə və huşa malik olar”. İmam Sadiq (ə) buyurur: "Əgər "Haqqə” surəsinin yazılmışının suyundan uşaq içərsə, çox bilikli olar və Allah onu salamat saxlayar və o, ən yaxşı şəkildə böyüyər”. Əgər bu surənin yazılıb və sonra yuyulmuş suyundan hamilə qadın içərsə, körpəsi çox bilikli və zəkalı olar. Şeytandan (lən) qorunar. /Deyerler.org/ Oxşar xəbərlər
|