Bu qidalar xərçəngə səbəb ola bilər. SİYAHI
Mьəllif: admin1
Tarix: 16-01-2016, 10:28
Bu qidalar xərçəngə səbəb ola bilər. SİYAHI
Xərçəng bütün dünyada ölüm səbəblərinin arasında ürək-damar sistemi xəstəliklərdən sonra 2-ci yer tutur.
İldən ilə bütün dünyada xərçəng xəstəliyinə tutulan insanların sayı artır. Həkimlər bu qorxunc xəstəliyin xeyli cavanlaşmasını müşahidə edirlər. Əvvəllər xərçəng xəstəlikləri əsasən insanlarda 50 yaşında sonra inkişaf edirdi. Hal hazırda isə xərçəng bir çox hallarda cavan insanlarda, uşaqlarda aşkar olunur.
Həkimlərin fikirinə görə, bunun səbəblərindən biri qidalanmadır. Müasir qidaların tərkibinə çoxlu miqdarda kimyəvi maddələr (konservantlar, dadvericilə və s.) əlavə olunur ki, bu maddələrin daim və çoxlu miqdarda orqanizmə daxil olunması xərçəngin inkişafının riskini artırır.
Həkimlərin fikirinə görə, bu kimi qidalar və məhsullar kanserogen (xərçəng əmələ gətirən) xüsusiyyətlərə malikdir:
- İstənilən qızardılmış qidalar (qızardılmış kotlet, kartof, balıq və s.). Həkimlər qidaları suda və ya buxarda bişirməyi tövsiyə edirlər.
- Marqarin, spred və s. yağ əvəzediciləri. Nəzərə almaq lazımdır ki, belə "yağlar" dükanlarda satılan peçenye, vafli, pirojna, tort, keks və s. un məmulatlarının tərkibinə daxil edilir.
- Düzgün saxlanılmayan və ya köhnə məhsullarda göbələk əmələ gələ bilər. Göbələk güclü kanserogen sayılır. Orqanizmdə yığıldıqda göbələk xərçəngin inkişafına səbəb ola bilər. Bu səbəbdən üzərində göbələk olan istənilən qidanı dərhal atmaq lazımdır. Bəzən qadınlar göbələk olan hissəsini atıb qalan məhsulu istifadə edirlər (məsələn, çörək, mürəbbə və s.). Bu qəti şəkildə yolverilməzdir! Mikroskopik göbələk sporları bütün məhsula yayılır.
- Hisə verilmiş istənilən qidalar, kolbasa, sosis güclü kanserogen effektə malikdir. Bu qidaları qidalanmadan ümumiyyətlə çıxartmaq lazımdır.
- Dükanlarda satılan əksər konservlərin (ət, balıq konservləri), turşuların, kompotların, mürəbbələrin, jemlərin və s. tərkibinə müxtəlif kimyəvi maddələr daxil edilir. Bu maddələr orqanizmdə toplanaraq ona kanserogen təsir edir.
- İstənilən fast-fud qidaları (dönər, qamburqer, pirojki, kartof-fri və s.).
- Çox isti qidalar və içkilər.
- Spirtli içkilər. Onların tərkibinə güclü kanserogen etanol var. Etanol xüsusilə qara ciyərin hüceyrələrinə (hepatositlər) çox mənfi təsir edir, onları məhv edir.
Həkimlər insanlara təbii, ev şəraitində bişirilmiş qidalara üstünlük verməyi, hər gün ən azı 500 qr meyvə-tərəvəz, göyərti yeməyi, 1,5-2 l təmiz su içməyi tövsiyə edirlər. Qidaları suda və ya buğda bişirmək lazımdır. Qızardılmış qidalar rasiondan çıxarılmalıdır.

Saglamolun.Az
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930