Fatimeyi-Zəhra (ə) timsalında İslamda ailə
Mьəllif: admin1
Tarix: 16-01-2016, 20:34
Fatimeyi-Zəhra (ə) timsalında İslamda ailə
Fatimənin (s) ailə həyatı olduqca sadə, dəbdəbəsiz idi. İslamın nümunə qadınının gəlinlik cehizinə baxın: Bir ədəd köynək, iki ədəd yaylıq, bir ədəd qətifə, xurma çubuğu və lifindən bir taxt, misir kətanından iki ədəd döşək (biri yun, biri xurma lifindən), ikisi yun, ikisi xurma lifindən dörd balış, bir pərdə, bir həsir, bir əl daşı-dəyirmanı, dəri məşk, süd üçün taxta kasa, dəri su qabı, bir küp, bir neçə kuzə, iki gümüş qolbaq, bir mis qab. Onun mehriyyəsi on beş dirhəm olub və Fatimə bu mehriyyə, bu imkanlarla ailə həyatına başlayıb. Amma bütün dünya onun dəyəri səmərəsindən bəhrələnir. Müsəlmanlar, Əhli-beyt ardıcılları onların həyatını öyrənməli, evlənmə xərclərini azaltmalıdırlar ki, cəmiyyətimizin cavanları rahatlıqla ailə həyatı qursunlar. Böyük cehiz, böyük mehriyyə insan üçün heç bir dəyərə malik deyildir.

Xülasə, belə bir həyat tərzinin seçilməsi əli və Fatimə (s) məktəbindən öyrəniləsi dərsdir. Bəli, üzücü çətinliklərlə, qıtlıqla üzbəüz dayanmaq, əziz övladları ac yatırtmaq əli və Fatimə (s) məktəbinin dərslərindəndir. Əli və Fatimə yaşayışı təmtəraqdan çox uzaqdır. Döyüş qənimətindən onlara düşmüş pay pərdə evin qapısından asılır. Peyğəmbər (s) otağa daxil olanda pərdəni görür. Fatimə (s) hiss edir ki, pərdə atasının ürəyincə deyil və Fatimə otağına uyğun gəlmir. Dərhal pərdəni açır və onu istifadə etmək fikrindən daşınır.


Fatimənin (s) evdarlığı

Fatimə və əlinin (ə) təmtəraqsız həyatında ev və çöl işləri hər iki məsumun iştirakı ilə yerinə yetirilir. Evin çox işlərini xidmətçiyə həvalə etmədən özü icra edirdi. Bu söz puç xəyallarından özləri üçün şən düzəldənlərə, gündəlik işləri özlərinə sığışdırmayanlara nümunə göstərir. Diqqət edin: «Evin yanacağını hazırlamaq, su gətirmək, süpürmək əlinin, dəyirmanda un çəkmək, xəmir etmək, çörək bişirmək Fatimənin öhdəsinə idi».
Həzrət Peyğəmbər (s) qullarla yanaşı torpaq üstə oturar, çörək yeyər, yalın ata minər, birini də tərkinə alar, özü qoyun sağar, ən kiçik işi belə özü yerinə yetirərdi.

Bu insanlar üçün nümunəvi bir üsuldur. Məhz, bu dəbdəbəsiz həyat tərzi insanları sehrləyir. Peyğəmbər (s) və Əhli-beytin (ə) kasıb daxması bir dünya mənəviyyat və əzəmətlə hər əsrdə insanları özünə cəlb edir. Bu ilahi rəhbərlərin ocaqları qırmızı və ağ evləri daim qorxudur və qorxudacaq. Əhli-beyt və Fatimənin (s) həyatını əsas götürməklə dünya və onun dəbdəbəsinə etinasız olmaq bizim öhdəmizədir. Dünya həyatı tez keçəsidir. Dünyaya bağlanmayaq. Bütün fəlakətlər dünyaya bağlanmaqdadır.

Sadəlik və dəbdəbədən uzaqlıq hər bir insan üçün müvəffəqiyyətin rəmzidir. Allah yanında ən əziz olan peyğəmbər və övliyaların həyatı dediklərimizə sübutdur. Kimsə deməsin ki, dünya malı insani kəramətdir. Əgər dünya malı kəramət olsaydı, Allahın ən yaxın bəndələri dünya malında qərq olardı. Hansı ki, ən yaxşı bəndələrin çətinlikdə, zalımları isə rifah içində görürük.


Fatimə (s) və ər qayğısı

Qurani-kərim ailə bünövrəsinin möhkəmliyində iki şərt qeyd edir. Bu iki şərt ödənərsə, ailə möhkəm olar və heç bir tufan onu silkələməz. Bu iki şərt pozulanda Şeytanın ailəyə nüfuz yolu açılır.

Bu əsaslardan, şərtlərdən biri ər-arvad arasındakı qarşılıqlı məhəbbətdir. Bu məhəbbət ailə mühitində xoşbəxtlik və səmimiyyət yaradır, eləcə də bütün bulanıqları aradan qaldırır. İkinci əsas qarşılıqlı şəkildə bağışlamaq, əfv etməkdir. Bu şərt ödənərsə, əlaqələr güclənər, ailə ixtilafları qabarmaz.

Qurani-kərim buyurur: «Onlarla ünsiyyətiniz üçün öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da onun dəlillərindəndir».
Əli və Fatimənin (s) həyatı məhəbbət, güzəşt və isarın nümunəsidir. Bu iki məsumun günah və xətası olmasa da, onlarda mehr-məhəbbət, maddi çətinliklərə etinasızlıq özünün ən yüksək zirvəsindədir. O dövrün həyat çətinlikləri, ağır işləri şəxsən icra etmələri, üzücü sıxıntılar bu növ cavan ailənin güzəranına kölgə salmışdı. Həyatları tam kasıblıqla keçir, çox vaxt evdə bir parça çörək də olmurdu. Lakin ailədə hökm sürən səbr və mərhəmət ab-həvası bütün çətinlikləri unutdururdu. Hətta ən çətin vəziyyətdə də Fatimə (s) Əlidən (ə) nə isə tələb etmir, onu əziyyətə salmaq istəmirdi. Diqqət edin:

Əli (ə) otağa daxil olur. Fatiməni (s) rəng-ruhu saralmış görür. Fatimədən (s) yemək istəyəndə «üç gündür evdə yemək yoxdur» cavabını alır. Əli (ə) buyurur:
Nə üçün mənə xəbər vermədin?
Həzrət Fatimə (s) buyurdu:

Atam Peyğəmbər (s) mənə qadağan edib ki, səndən nə isə istəyəm. Buyurub ki, özü ilə bir şey gətirsə, gətirib, gətirməsə tələb etmə.
Başqa bir rəvayətə görə yuxarıdakı hadisə zamanı Zəhranın (s) körpələri aclıqdan titrəyirdilər.
Bəli, Fatimə tək mehriban bir ana «Məhəmməd gülü» olan övladları ilə bu sayaq çətinlikdə yaşayırdılar. Budur Fatimə (s) dözümü, budur Fatimənin (s) Əliyə (ə) qayğısı.

Rəvayətə görə, Fatimədən (s) bu sözləri eşidən Əli (ə) yemək ardınca evdən çıxır. Bir dirhəm borc alır ki, ev üçün ruzi alsın. Yolda Miqdadla rastalaşır və bu vaxt onu evdən çıxmağa vadar edən səbəbi soruşur. Miqdad cavab verir: «Aclıq». Bunu eşidən Əli (ə) borc aldığı bir dirhəmi Miqdada verib, evə əliboş qayıdır.


Fatimə (s) və layiq övlad tərbiyəsi

Övlad ata-ananın ixtiyarında qoyulmuş ilahi əmanətdir. Allah ata-anadan övlad tərbiyəsində çalışqanlıq istəyib. Eləcə də tərbiyə yolunu öyrədib. Doğru və düzgün tərbiyə üsuluna yiyələnib, onu həyata keçirmək ailə üçün böük müvəffəqiyyətdir. Həmçinin övlad tərbiyəsində səhlənkarlığın məsuliyyəti, acı nəticələri vardır. Əgər düzgün tərbiyə üsulunu öyrənməsək, Allah qarşısında cavabdeh olacağıq.

Həsən, Hüseyn, Zeynəb və Gülsüm kimi ləyaqətli övladlar tərbiyə etmək Fatimə və Əliyə (ə) nəsib olmuş böyük müvəffəqiyyətdir. Çünki əli və Fatimə (s) onların həyatı bütün müsəlmanlara örnək olduğu kimi onların övladları da bütün cəhətlərdən nümunədirlər. Əlbəttə, Zəhra (s) övladlarının həyatını və fəzilətlərinin araşdırılması müstəqil bir işdir. Lakin bunu əhəmiyyətli bilib, Fatimənin (s) bərəkətli ağuşunda tərbiyələnmiş şəxslərin həyatından bəzi məqamları xatırlayırıq.


Bir daha Fatimə və Əli (ə) isarının təcəllası

Bəli, o Fatimə, bu isə Əli (ə) isarından bir nümunə. İndi isə vəhy ailəsinin isar dünyasına nəzər salaq.
Əli (ə) evə daxil olub görür ki, həzrət Peyğəmbər (s) əyləşib, Fatimə (s) isə namaz qılır. Onun kənarında ağzı ötrülü tabaq qoyulub. Fatimə namazını tamamlayıb tabağın üstünü açır. Əli (ə) görür ki, tabaqda çörək və ət var. Bunun haradan olduğunu soruşur. Fatimə cavab verir ki, Allah tərəfindən. Allah istədiyinə hesabsız ruzi verər.

Digər bir rəvayətə görə Fatimə namaz qılıb dua etdi və Allah dərgahına üz tutdu.[88] Allah onun duasını qəbul edib, qeybi ruzilərlə bəhrələndirdi.
Bu Fatimə və Əli isarının, fədakarlığının təcəllası, vəhy ailəsinin həyat tərzidir. İnsan bu iki nümunənin həyatını görəndə təmtəraqla yaşayanlarla, kiçik sıxıntıya görə ailə mühitini cəhənnəmə döndərənlərlə müqayisə edir. Onda Əhli-beytin nə dərəcədə ideal olması üzə çıxır.

Fatimə o qədər vəfalı və fədakar yoldaş idi ki, əli onun haqqında buyururdu: «Yoldaşım Fatimə Allaha itaətdə ən yaxşı köməkçidir». Əli (ə) də Zəhraya bu sayaq səmimi və iftixarlı bir yoldaş idi. Zəhra (s) buyururdu: «Ən yaxşı mənim yoldaşımdır».



ixlas.az
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930