Göz dəyməyin qarşısını alar, göz ağrısına əlac edər – “Huməzə” surəsinin fəzilətləri
“Huməzə” surəsi – Quranın 104-ci surəsidir ki, Məkkədə nazil olmuşdur 9 ayəsi vardır.
Bu surə o kəslərdən eyb tutur ki, malları və sərvətləri ilə qürurlanırlar. Surənin sonunda onların aqibətindən söhbət açır. Təfsirçilərin nəzərinə görə, bu surə Vəlid ibni Məğirə haqqında nazil olmuşdur ki, Peyğəmbərin (s) arxasınca qeybət edərdi. Qarşılaşan zaman isə tənə vurub istehza edərdi. İmam Sadiq (ə) bu surə ilə bağlı buyurur: “Hər kim “Huməzə” surəsini vacib namazlarında oxuyar – yoxsulluğu aradan gedər, ruzi ona tərəf cəlb olar və pis ölümlər ondan uzaq olar”. Başqa bir hədisdə oxuyuruq: “Hər kim namazlarında “Huməzə” surəsini oxuyar – dünya qədər ona savab verilər”. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bu surəni oxuyar, Həzrət Muhəmmədi (s) və dostlarını məsxərə edənlərin sayı qədər on həsənə verilər”. Bu surənin bərəkətləri: 1. Göz dəyməyin qarşısını alar. Hədislərdə oxuyuruq ki, hər kim bu surəni göz dəyməmək üçün oxuyar Allahın izni ilə gözün təsiri aradan gedər. 2. Göz ağrısını aradan aparar. Bu surəni ağrıyan gözə oxusanız, Allah ağrısına rahatlıq verər. /Deyerler.org/ Oxşar xəbərlər
|