Hər imamın özündən sonra gələcək imamı təyin etməsi
Mьəllif: admin1
Tarix: 29-11-2020, 21:06
Hər imamın özündən sonra gələcək imamı təyin etməsi
12 imamın hər biri özündən əvvəlki imamın vasitəsilə təyin olunmuşdur. Onların əvvəlincisi (Peyğəmbər (s.ə) tərəfindən təyin olunmuş) Həzrət Əli (ə), sonra onun oğlu imam Həsən Müctəba (ə), sonra onun qardaşı İmam Hüseyn ibn Əli Seyyidüş-şühəda (ə) (şəhidlərin ağası) sonra onun övladı Əli ibn Hüseyn (ə), sonra onun oğlu Muhəmməd ibn Əli Baqir (ə), sonra onun oğlu Cəfər ibn Muhəmməd Sadiq (ə), sonra onun oğlu Musa ibn Cəfər (ə), sonra onun oğlu Əli ibn Musa Rza (ə), sonra onun oğlu Muhəmməd ibn Əli Təqi (ə), sonra onun övladı Əli ibn Muhəmməd Nəqi (ə), sonra oğlu Həsən ibn Əli Əskəri (ə), və sonnuncu Muhəmməd ibn Həsən Mehdi (ə) Sahibəz-zəmandır.

Biz etiqadlıyıq ki, o hələ də, sağdır. Əlbəttə, Həzrət Mehdinin (ə.f) varlığına etiqad (dünyanı zülmlə dolduğu kimi ədalətlə dolduracaq bir şəxsə olan etiqad) təkcə bizə məxsus deyildir.

Həqiqətdə bütün müsəlmanlar bu əqidəyə sahibdirlər. Əhli-sünnə alimlərindən bəziləri İmam Mehdi (ə) barəsində söylənilən hədislərin mütəvatir (yəqin) olması barəsində müstəqil kitablar da, yazmışlar.

Və hətta bir neçə il əvvəl “Rabitətül-aləmül-islami” tərəfindən yazılan risalədə Həzrət Mehdinin (ə.f) vücudu barəsində olan suala, cavab verərkən onun (ə.f) zühurunun-gələcəyinin aydın bir məsələ olmasına təkid olunmaqla bərabər Həzrətin (ə.f) barəsində tanınmış və mötəbər kitablardan (mənbələrdən) Peyğəmbərə (s.ə) nisbət verilmiş hədislər nəql edilmişdir.

26 Amma onlardan əksəriyyəti Mehdinin (ə.f) hələ dünyaya gəlmədiyinə təkid edərək, onun Axirəz-zamanda (Dünyanın axırına yaxın) doğulacağına inanırlar.

Lakin bizim əqidəmizə əsasən həzrət Mehdi (ə) 12-ci imamdır, hal-hazırda həyatda olaraq, diridir. Allahın ona əmr etdiyi bir vaxt zülmü yer üzərindən silmək və ədaləti dünyada bərpa etmək üçün zühur edəcəkdir.





namaz.ge
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930