Nümunəvi insanlar seyr etmək üçün deyil, həyatımıza təsir etmək üçündür
Mьəllif: admin1
Tarix: 22-05-2022, 10:56
Nümunəvi insanlar seyr etmək üçün deyil, həyatımıza təsir etmək üçündür
İnsan öz inkişafı üçün iki əsas məsələyə ehtiyac duyur. Birinci getdiyi yolda göstərdiyi səy və ikincisi isə getdiyi yolu hidayət edən ülgü. Bu düzdür ki, göstərilən səylər, olmalı və olmamalılar inkişaf üçün lazımdır.

Ancaq onu bilmək lazımdır ki, bu, kifayət etmir. Çünki insan öyrəndiklərini öz gözləri ilə təcrübədə görməyincə onların mümkün olacağına inanmır.

Bəşər tarixi onu göstərir ki, Allah Təala bir rəhbər və peyğəmbər göndərmişdir. Onlar hər bir sahədə insanlara nümunə olub, ən gözəl rəftar və əməlləri göstəriblər. Mehriban Allah kitab və ona necə əməl olunacağını göstərməklə yanaşı, bir nümunə və ülgü də göndərmişdir.

Allah Təabarəkə və Təala sonuncu kitabı göndərməklə yanaşı, həyatın ən gözəl ülgüsünü də insanlara hədiyyə etmişdir. Allah bu haqda belə buyurur:

“Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır”. (“Əhzab” 21).

Əgər bəşər üçün nümunələr olmasaydı, nə baş verərdi?

Nümunələr insanlara həyat dərsi verirlər. Onların etdiklərini hər adam edə bilməz. Məgər insan bu qədər səbirli və hövsəsəli ola bilərmi?

Məgər mümkündürmü ki, bütün ömrünü başqalarının hidayətinə sərf edəsən? 900 il ərzində çox az insan onun Rəhmanına müsbət cavab vermişdilər?

Məgər boğazlarına qədər silahlanmış ordunun qarşısına əliboş çıxmaq olarmı?

Dayanır və heç bir vahiməsi olmur. Məgər haqq sözü demək üçün insan canından keçə bilərmi?

Məgər igid övladını əldən verən zaman insan ağzını açmazmı?

Məgər nəfsi-əmmarənin və şeytanın xahişlərinə qarşı çıxmaq olarmı?

Məgər təkbaşına Firon və onun kimilərin qarşısında dayanıb, haqq sözünü demək olarmı?

Məgər bir ömür insanlara xidmət edib, qarşısında heç bir mükafat almamaq olarmı?

Məgər iman qüdrəti və qəlb təvəkkülü ilə insanların qəlbini ələ almaq olarmı?

Məgər ac olan zaman özünün və uşaqlarının yeməyini yetimə və yoxsula vermək olarmı? Bu cür minlərlə sual gətirmək olar.

Ancaq o zaman ki, insanlar öz gözləri ilə Nuhu, İbrahimi, Yusifi, Yəqubu, Musanı, İsanı, Həzrət Muhəmmədi (s) və ailəsini görürlər, başa düşdülər ki, bütün bu saydıqlarımız mümkün və ola biləcək işlərdir.

O kəslər ki, insan cinsindəndirlər və bəşər insanlarının arasında yaşayırlar, İlahi göstərişlərə bir-bir əməl edirlər, heç bir etiraz da etmirlər, onları ən gözəl şəkildə yerinə yetirirlər, ülgü və nümunədirlər.

Bəli, əgər bu nümunələr olmasaydı, İlahi göstərişlər insanlar üçün çətin görünər və qeyri-mümkün təlqin edilərdi. Ancaq Allah bu ülgüləri göndərir ki, insanlar bu göstərişlərin xəyal deyil həqiqət olduğuna inansınlar.

Ancaq qəribə budur ki, insanların əksəriyyəti bu nümunələrə ehtiram göstərməklərinə baxmayaraq, onları bəşərin əlçatmaz ulduzu adlandırmaqlarına baxmayaraq, onlar kimi yaşamağı qeyri-mümkün hesab edirlər.

Bu sanki gözəl tabloya bənzəyir, sanki ancaq bizi həvəsləndirmək üçün yaranmışdır. Sanki Allah bütün peyğəmbələri və övliyaları ona görə təhlükəyə atmış və onları çətinliklərə ona görə salmışdır ki, insanlar bir bədii film kimi onları seyr etsin və ləzzət alsınlar.

Onu qəbul etmək lazımdır ki, onlar da bizim kimi insandırlar. O insanlar ki, inkişaf yolunu bizdən daha yaxşı görmüş və dərk etmişdilər.

Allah Təala peyğəmbərlərin adını çəkən zaman “Əraf” surəsinin 65, 73, 85-ci ayələrində onları qardaş adlandırmışdır.

Yəni, insanların içərisindən seçilən qardaşlardır. Yəni, inanın ki, onların etdiklərini siz də edə bilərsiniz, yəni etdikləri qeyri-mümkün deyildir.

Ona görə də əgər inkişaf etmək istəyiriksə, ilk növbədə bəşəri hidayət edən kamil kitab olan Qurana müraciət etməliyik. Onun göstərişlərini ən gözəl şəkildə yerinə yetirməliyik. Sonra isə insanlığın nümunəsini tanıyıb, onların həyatlarını özümüzə ülgü seçməliyik.

Bu düzdür ki, indi yaşadığımız dövr bir çox ülgülərin yaşadığı dövrdən fərqlənir. Ancaq dəyərlər və meyarlar dəyişməmişdir. Həzrət Peyğəmbər (s) və İmamlardan (ə) nümunə götürək və onlar kimi yaşamağa səy edək.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930