Ayılmaq istəyənlər, məadı başa düşməyi arzulayanlar üçün: Allah Təala bu dünyada məadın nişanələrini qoymuşdur
Bu dünya axirətin tarlasıdır, insan öz səyinin səmərəsini axirətdə görəcəkdir. Bütün ömür boyu zəhmət çəkdiyi ibadətlərin, itaətlərin, xidmətlərin nəticəsinə axirətdə çatacaqdır. İnsanın məada etiqad bəsləməsi onu bu dünya həyatında bir çox günahlardan çəkindirər. Allah məadı unutmağı fəsadın amillərindən hesab edir: “Şübhəsiz, Allahın yolundan azanlar üçün hesab gününü unutmalarının müqabilində şiddətli əzab vardır”. (“Sad” 26). O cəmiyyət ki, məada etiqad bəsləyər, ancaq yəqinlik mərhələsinə çatmaz – zülm və günahdan amanda qalmaz. O zaman ki, insan bir şeyə yəqinlik əldə edər, artıq onu unutmaz. Əgər bir cəmiyyətin əksər üzvləri məada və axirətə inanarlarsa – yolunu azmaqlar, cinayətlər azalar. Əgər Ramazan ayında insanların əxlaq və rəftarlarına nəzər salsaq, görərik ki, başqa aylardan daha az günah edir və cinayət işlədirlər. Məada və Qiyamət gününə etiqad bəsləmək insanı elə tərbiyə edir ki, naməhrəm qadınla xəlvətdə qalan zaman Allahdan çəkinsin, necə ki, Həzrət Yusif (ə) çəkinmişdi: “Evində olduğu qadın mülayimlik və hiylə ilə ondan kam almaq istədi və (bu niyyətlə) qapıları möhkəm bağlayaraq dedi: «Tez ol, mən sənin üçün hazıram!». Yusuf dedi: «Allaha pənah! O (sənin ərin), mənim tərbiyəçimdir ki, yerimi yaxşı edib. [Və ya: O (Allah), mənim Rəbbimdir ki, məqamımı gözəl edib]. Şübhəsiz zalımlar heç vaxt nicat tapmazlar»”. (“Yusif” 23). Allah Təala zalımları və o kəsləri ki, yetim haqqını qorumurlar, o insanlardan hesab edir ki, məadı unudublar və axirətdən qorxmurlar. “(Ya Peyğəmbər!) Allahın dinini və cəza gününü yalan hesab edəni gördünmü? Bəli, o, həmin o kəsdir ki, yetimi hiddətlə qovar”. (“Maun” 1-2). Halbuki, Həzrət Peyğəmbər (s) bu insanları dəfələrlə cəza günü və axirətlə qorxutmuşdu. Hətta Qiyamət günündən özünün necə qorxduğunu insanlara bəyan etmişdi. “De: “onu(n hamısını, ya bəzisini) özbaşıma dəyişdirmək mənə yaraşmaz və (buna) mənim haqqım və qüdrətim yoxdur. Mən yalnız mənə vəhy edilən şeyə tabe oluram. Şübhəsiz, əgər mən Rəbbimə qarşı itaətsizlik etsəm, böyük bir günün əzabından qorxuram””. (“Yunus” 15). “Və əgər üz döndərsəniz, şübhəsiz, mən sizin üçün böyük günün əzabından qorxuram”. (“Hud” 3). Allah Təala bu dünyada məadın nişanələrini “Yasin” surəsinin 33-35-ci ayələrində bəyan edərək buyurur: “Onlar üçün (aydın) bir nişanə (Bizim tovhidimizin, qüdrətimizin və insanların dirildilməsinin isbatı üçün yer üzündə olan nişanə) – ölmüş həmin bu torpaqdır. Biz onu (həyat gücü və bitmək qabiliyyəti verməklə) diriltdik və ondan dən(li bitki)lər çıxartdıq, onlar da ondan yeyirlər. Və orada xurma və üzüm bağları vücuda gətirdik və müxtəlif bulaqlar qaynatdıq (coşdurduq), Onun meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər (və ya bilsinlər ki, ağacların bitməsi və bar verməsi onların işi deyildir). Belə isə şükür etməzlər?!”. Allah Təala ölmüş torpağı Qiyamət gününə bənzədir və buyurur ki, Allah bu ölmüş torpaqdan toxumlar çıxardır və ondan da bitkilər cücərdir. Sonra da xurma, üzümə çevrilirlər. Allah bu yolla yatmış qafilləri məaddan, tövhiddən xəbərdar edir ki, bəlkə ayıldılar. Ölmüş torpağı misal çəkərək, Qiyamət günü canlıları necə dirildəcəyinə işarə edir. Həyat və yaşamaq – tövhidin mühüm dəlillərindəndir ki, düşünən insanların ağlını heyrətə gətirir. Hələ indiyə qədər heç kəs dəqiq bilmir ki, bu ölmüş torpaqda toxumlar necə meydana gəlir və necə baş qaldırıb, böyüyür? Kim bu böyüməni həyata keçirir və hərəkətə gətirir? Torpaq bəzi maddələri cəzb edərək, ölmüş hüceyərləri necə dirildir və sonra da cücərdərək necə onlara həyat verir? Bəli, ölmüş torpağın dirilməsi – məada aydın bir sübutdur. Torpaqdan cücərən hər bir ölü toxum, Qiyamət günü qəbirdən çıxan insanlara bənzəyir. Allah Təala sadə dillə insanlara Qiyamətin necə baş verəcəyini bəyan dir. Haqq Təala işarə edir ki, məada iman bəsləməyin ən yaxşı yolu – yaradılışlara diqqət etməkdir. Oxşar xəbərlər
|