İstixarənin anlamı nədir və neçə yolla olunur?
Mьəllif: admin1
Tarix: 16-02-2020, 11:00
İstixarənin anlamı nədir və neçə yolla olunur?

Ərəb dilindən tərcümədə istixarə xeyir istəmək mənasını verir. Dini anlamda istixarə hər hansı şübhəli məsələ barədə qəti qərara gələ bilməyən şəxsin şəriətdə icazə verilmiş üsullarla həmin məsələnini cavabını öyrənmək cəhdidir. İstixarə əsasən,

Birincisi, Qurani Kərim, təsbeh və rüqə (püşk) vasitəsilə həyata keçirilir.

İstixarənin bəzi mühüm şərtləri vardır. Əvvəla, haqqında şəriətin dəqiq göstərişi olan məsələ haqqında istixarə edilməz.

Yəni bir məsələ barədə Quranda, sünnədə dəqiq hökm varsa və ya müctəhidlər qəti fətva veriblərsə, həmin hökmə və fətvaya əməl etmək lazımdır; burada istixarə yersizdir.

İkincisi, haram əməli edib-etməmək barədə istixarə olunmaz. İstixarə iki halal (mübah) yoldan birini seçmək üçün edilir.

Üçüncüsü, hər kəsin hər şəraitdə istixarə etməyə haqqı yoxdur. Çünki istixarə edən sanki öz sualının cavabını Allahdan soruşmuş olur.

Buna görə də, istixarəni göstərilən şərtlərlə (qaydalar və dualarla) yerinə yetirmək lazımdır. İstixarə edən şəxs mənəvi baxımdan da Allahdan cavab almaq ləyaqətinə sahib olmalıdır.

Dördüncüsü, Quranla istixarə edən şəxs müəyyən dərəcədə dini savada malik olmalıdır ki, istixarədə çıxan ayənin mənasını düzgün anlaya bilsin, onun müsbət yoxsa mənfi cavab bildirdiyini ayırd etsin və nəticəni doğru qiymətləndirsin.

Nəhayət, daha bir şərt budur ki, eyni məsələ haqqında bir neçə dəfə istixarə etmək düzgün deyil. İstixarədə alınan cavaba qane olmaq və onunla razılaşmaq lazımdır.

İstixarənin caizliyi barədə istər şiə, istərsə də sünni mənbələrində xeyli hədis və rəvayət mövcuddur.

«Səhifətüs-Səccadiyyə»nin 33-cü duası «İstixarə duası» adlanır.

(Səhihül-Buxari, Təhəccüd kitabı, XXV bab, 1162-ci hədis; Tövhid kitabı, X bab, 7390-cı hədis;
(ixlas.az)


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930