Şeytani vəsvəsələrlə mübarizə yolları
Mьəllif: admin1
Tarix: 14-06-2020, 09:44
Şeytani vəsvəsələrlə mübarizə yolları

Əxlaq müəllimlərindən olan Şeyx Əbdulqaim Şuştəri buyurur: “O zaman ki, şeytan sizi vəsvəsə edər və nəfsinizə qalib gələ bilmirsiniz, 7 dəfə deyin: "Bismilləhir-Rahmənir-Rahim. Lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim" Bu zikri deyən zaman 7 mələk yardımınıza gələr”.

Böyük ariflərdən olan Hacı İsmayil Dulabi isə bizə belə tövsiyələr verir: “Allah Təala şeytanı insanın təkümülü üçün qərar vermişdir ki, xalis olmayanlar behiştdən uzaq olsun və xalislər behiştə getsin. Sizə müjdə verirəm ki, şeytana qalib gəlmək olur.

O kəs ki, işlərində Bismillah deyər, şeytan ondan qafil olar. O da öz yoluna davam edə bilər. O zaman ki, varlığı Bismillah olar, şeytanlar və əcinnələr ondan qaçar.

Baxmayaraq ki, şeytan Allahdan Qiyamətə qədər ömür istəmişdir, ancaq Allah ona məlum vaxta qədər zaman vermişdir. Haradan məlumdur ki, bu vaxt bir saat sonra olmasın? Ona görə də şeytandan danışma, yaxşılardan danış”.

Əxlaq müəllimi Şeyx Əbdulqaim Şuştərinin başqa tövsiyələri də vardır ki, onlara nəzər salaq: “Şeytanın Allah axtarışında olan müsəlmanlarla işi yoxdur.

Axirət axtarışında olanlarla da işi yoxdur. Mənimlə və sizinlə işi vardır. Bizi yolumuzdan azdırmayınca və qanımızı tökməyincə, boş buraxmaz. Ona görə də davamlı olaraq Allaha pənah aparmaq lazımdır.

Bu düşmən o qədər təhlükəlidir ki, peyğəmbərlərin (ə), İmamların (ə) döyüşünə getmişdir. Amma heç birində də qalib olmamışdır.

Ancaq özündə o qədər qüdrət görür ki, hətta onlara tərəf getməyə cürət etmişdir. Bizim təhlükəli düşmənimiz vardır və o, çox mahirdir və hər işdən başı çıxır.

Bu düşmənin:

1. Uzun ömrü vardır.

2. Əcinnələrin aləmini dərk etmişdir və onların zəif və güclü tərəflərini bilir.

3. Mələklərlə bir yerdə olmuşdur.

4. Bəşərlə bir yerdə olmuşdur.

5. And içmişdir ki, bəşəri yolundan azdırsın.

Ona görə də Allaha pənah aparmaqdan başqa yol yoxdur. Çalışın bu tövsiyələri yerinə yetirəsiniz:

1. Hər gün “Nas” və “Fələq” surələrini ən az bir dəfə deyin.

2. Hər gün “Əraf“ surəsinin 53, 54, 55-ci ayələrini oxuyun.

3. “Səhifeyi-Səccadiyyə”dəki 8, 10, və 17-ci duaları oxuyun”.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031