Naməhrəm baxışların əqrəblə müqayisəsi
Mьəllif: admin1
Tarix: 11-09-2021, 23:02
Naməhrəm baxışların əqrəblə müqayisəsi

İmam Əli (ə) “Nəhcul-bəlağə”nin 58-ci hikmətində buyurur: “Qadınlar əqrəb kimidirlər”. İmamın (ə) bu sözlərindəki məqsədi nədir?

İslam dininin nəzərinə görə qadınla kişi insanlığın iki dəyərli gövhəridir ki, hər ikisi də kamala çatmaq üçün yaradılmışdır.

Qurani-Kərim qadınla kişiyə eyni cür xitab edir və hər ikisinə bu cür səslənir: “Ya əyyuhən-nas”, “Ya əyyuhəl ləzinə amənu”.

Bu xitablarında kişi ilə qadın arasında fərq qoymamışdır.

İmamın (ə) bu hədisi ilə bağlı deyə bilərik ki, İmam Əlinin (ə) kəlamını əvvəl dərk etmək lazımdır, sonra onun haqqında hökm vermək lazımdır.

Əgər bu hədisə diqqətlə nəzər salsaq görərik ki, İmam (ə) kişilərə xəbərdarlıq vermək istəyir. Əqrəbin sancması dedikdə İmam (ə) şəhvəti nəzərdə tutmuşdur.

Əgər insan şəhvətin əqrəb olduğunu bilməsə, onun sancmasından ləzzət duyar. İmam (ə) demək istəmir ki, qadın əqrəbdir. Buyurur ki, naməhərmə baxmaqla kişilər özlərini atəşə atmasınlar.

Naməhrəmə baxmaq onlar üçün şirin ola bilər, ancaq bu günahın batini - əqrəb kimidir. Bu mövzuda qadın və kişi arasında fərq yoxdur. Sadəcə qadınlar daha cazibəli olduqları üçün İmam (ə) qadınların adını çəkmişdir.

Necə ki, İmam (ə) başqa bir hədisdə dünya haqqında buyurur: “Dünya o xoş rəngli ilan kimidir ki, rəngi gözəldir, dərisi yumşaqdır, ancaq bu yumşaq dərisi zəhərdir”.

Bu hədisdə dünya birbaşa məzəmmət olunmamışdır, hədisin məqsədi dünyapərəstlərdir ki, ona tərəf cəzb olunublar. Ona görə də qadına əqrəb dedikdə, İmam (ə) qadını deyil, ona baxılan naməhrəm baxışları məzəmmət edir.

Allah Təala Quranda buyurur: “Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq(və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur).

Həqiqətən sizin Allah yanında ən hörmətliniz – sizin ən pəhizkarınızdır. Həqiqətən Allah çox bilən və xəbərdardır”. (“Hucurat” 13).

Bu ayədən də göründüyü kimi, qadınla kişinin Allah yanında ən hörmətlisi – təqvalı olanlarıdır.

İmam Əli (ə) bir çox hədislərində qadını həmişə müdafiə etmiş və uca məqamından bəhs etmişdir. Kişilərə tövsiyə etmişdir ki, onları incitməsinlər.

İmam (ə) buyurur: “Zinhar ki, qadınlarınız əgər namusunuzu ləkələsə də, sizə rəhbərlik etməyə cəsarət etsələr də incitməyin və təhrik etməyin”.

Beləliklə deyə bilərik ki, İslam dinində əsl meyar – təqvadır. Ona görə də qadınla kişi arasında fərq yoxdur. Bu hədis də məhz qadınları hədəfə almamışdır, onlara edilən naməhrəm baxışları məzəmmət etmişdir.
(İslami saytlara istinadən)


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930