Quran və bəşəriyyətin gələcəyi
Mьəllif: admin1
Tarix: 23-01-2016, 21:19
Quran və bəşəriyyətin gələcəyi

Birinci fəsil: Quran və bəşəriyyətin gələcəyi Bəşəriyyətin gələcəyi barədə Quranın məntiqi və üsuli baxışını açıqlamaq üçün dünyanın ictimai dəyişiklikləri və tarix üzərində istiqamətləndirici hakim xüsusuna (hakim dairələrinə, hakimlərinə) göz yummaqla onun mövqeyini təyin etmək olmaz.
Quranın nazil olduğu əsrdə haqq dinin aşkara çıxması, yayılması və onun bütün dinlər üzərində qalib gəlməsinin disputu haqq etibarilə, gələcəklə əlaqədar idi. Quran məntiqinə diqqət etməklə bu öngörmənin doğruluq tərzi elmi və əqli (ağlın qəbul edəcəyi) bir bəhsdir. Onun real sübutu haqq dinin aşkara çıxması, onun dünya hərəkatına rəhbərlik etməsi və yayılmasıdır. Belə ki bütün bunlar çoxlu imtahan və lazımi hazırlıqlardan sonra reallaşmışdır. Bu məsələ Quranda disput obyekti, işarə və ya açıqlama ilə yer tutmuşdur. Onun iqrar və həmahəng olması üçün xüsusi şərait və yayğın zəminələrə ehtiyac duyulmuşdur. Qurani-kərim bu göstərişi aydınlatmaq və dünyadakıların diqqətini gələcək dünya, həmçinin haqq dinə tərəf çəkmək üçün üç sağlam və elmi əsası təkidlə buyurmuş, onları müxtəlif şəkildə izah etmişdir. Birinci əsas: Tarixi hərəkatın (gedişatın) qanunauyğunluğu. İkinci əsas: Tarixin gedişatı üçün hakim qanunları tanıma zəruriyyəti Üçüncü əsas: Tarix üçün hakim qaydaların daha mühüm olanlarını qəbul etməyin, həmçinin ictimai dəyişikliyi ortaya çıxartmaq üçün həmin qaydaları mənimsəməyin və tətbiq etməyin vacibliyi. (Ardı var...)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031