Namazına diqqət edənə atəşdən xilas olmaq zəmanəti verilmişdir
Mьəllif: admin1
Tarix: 2-04-2020, 17:58
Namazına diqqət edənə atəşdən xilas olmaq zəmanəti verilmişdir
İnsanlar ölüm onların sorağına gələnə qədər yuxuda olarlar. Bu zaman təzə qəflətdən ayılarlar. Ölüm ruhla bədənin əlaqəsini kəsər və bütün arzularına son verər.

İnsan öləndən sonra ilk gedəcəyi mənzili – qəbirdir. İnsan can verməyə başlayan andan ölümün çətinlikləri ona hücum edər və bu çətinliklər bərzəx aləminə daxil olan zaman da davam edər. Qəbrin qaranlığı və zülməti, Nəkirlə Münkərin sorgu-sualı, qəbir əzabı, müxtəlif həşəratların və heyvanların hücumu...

İnsan gərək özünü bu aləm üçün hazırlasın. Elə indidən bu çətin yol üçün tədarüklər görsün. Namaz – bu gözəl ibadət – insanın yardımına qəbirdə də gələr. Ona həyatının ən böhranlı anlarında yardım edər.

Həzrət Peyğəmbər (s) buyurur: "Ölüm mələyi mənə demişdir: "Hər kim beş vacib namazının vaxtına nəzarət edər, mən ona qarşı anasından da mehriban olaram””.

İmam Sadiq (ə) buyurur: "Ölüm mələyi, ölüm zamanı şeytanı namazına nəzarət edən insandan uzaq edər və "Lə iləhə illəllah, Muhəmmədən (s) Rəsulallah!” kəlməsini ona təlqin edər”.

Həzrət Peyğəmbər (s) buyurur: "Namaz, ölüm mələyi yanında şəfaətçi, qəbirdə munis və gözəl yataq, Nəkirlə Münkərin suallarına cavabdır”.

İmam Baqir (ə) buyurur: "Hər kim rükusunu düzgün və kamil yerinə yetirərsə, qəbir qorxusu ona yol tapmaz”.

Həzrət Peyğəmbər (s) buyurur: "Elə bir bəndə yoxdur ki, namazın vaxtlarına əhəmiyyət verər, məgər o halda ki, ölən zaman rahatlığı, qəm və qüssənin aradan getməsini, atəşdən xilas olmağı onun üçün zəmanət edərik”.

Həzrət (s) başqa yerdə buyurur: "Gecə namazı sahibi üçün qəbirdə çıraqdır”.

Allah Təala peyğəmbərlərindən (ə) birinə belə xitab etmişdir: "Gecənin qaranlığında ibadətə qalx ki, qəbrini behişt bağlarından olan bağ kimi qərar verim”.

Həzrət Peyğəmbər (s) buyurur: "Qəbir hər gün bu beş kəlmə ilə nida edər: mən yoxsulluq eviyəm, ona görə də bura özünüz üçün azuqə göndərin. Mən qaranlıq evəm, bu evə çıraq gətirin”.

Soruşurlar ki, çıraq nədir? Həzrət (s) buyurur: "Bu zülmətli evin çırağı – gecə namazıdır. Onun xəzinəsi "Lə iləhə illəllah” kəlməsidir”.

İmam Rza (ə) buyurur: "Elə bir bəndə yoxdur ki, gecənin sonunda ayağa qalxsın və səkkiz rükət gecə namazı, iki rükət şəf və bir rükət vitr namazı yerinə yetirsin, vitrin qnuutunda 70 dəfə istiğfar etsin, məgər o halda ki, qəbir əzabından və cəhənnəm əzabından aman üçün cavab verilər və ömrü uzun olar”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930