Qız övladı – Allahın hədiyyəsidir
Mьəllif: admin1
Tarix: 19-05-2020, 10:18
Qız övladı – Allahın hədiyyəsidir

Əgər bu gün cəmiyyətə nəzər salsaq, görərik ki, hələ də cahilcəsinə təfəkkürə malik olan insanların sayı az deyildir. Bu insanlar oğlan övladını qız övladından üstün tuturlar. Quranın buyurduğu kimi, qız adını eşidən kimi rəngləri dəyişir və üsyan edirlər.

Halbuki, İslam dini qız övladına ən çox dəyər verən dindir. İslam Peyğəmbər (s) öz qızını o qədər sevirdi ki, onu mübahilə meydanına qədər gətirmiş və qələbə çalmışdı. Halbuki, həmin dövrdə cahil ərəblər öz qız övladlarını diri-diri torpağa basdırırdılar.

Allah Quranın bir çox ayəsində qız və oğlan övladının arasında fərq olmadığına işarə etmişdir. “Beləliklə elə ki, onu dünyaya gətirdi, dedi: «Ey Rəbbim, mən onu qız doğdum».

Allah onun nə doğduğunu yaxşı bilirdi və (onun nəzərdə tutduğu) o oğlan(fəzilət baxımından) bu qız kimi deyil. «Və mən onun adını Məryəm qoydum. Əlbəttə, mən onu və onun övladını qovulmuş şeytandan (şeytanın şərindən) Sənə tapşırıram»”. (“Ali-İmran” 36).

“Göylərin və yerin həqiqi mülkiyyət və hakimiyyəti Allaha məxsusdur. (Çünki onların yaradılması, qorunması, idarə və məhv edilməsi Ona məxsusdur). O, istədiyini yaradır. İstədiyinə qızlar bağışlayır, istədiyinə oğlanlar əta edir”. (“Şura” 49).

Məsumlarımız (ə) nə zaman cahil təfəkkürdə olan bu cür insanlarla rastlaşsa idilər, onların əqidəsini dəyişdirməyə çalışardılar.

İmam Sadiqin (ə) dostlarından birinin qızı olar və Həzrət (ə) onun yanına gəlir. Görür ki, həmin şəxs çox qəzəblənibdir.

Buyurur: “Əgər Allah sənə vəhy etsə ki, istəyirsənmi ki, Mən sənin üçün seçim, yoxsa sən özün üçün seçirsən – nə cavab verərdin?”.

Həmin şəxs deyir: “Allaha and olsun deyərdim ki, o şeyi ki, Sən mənim üçün bəyənirsən və seçirsən – mən də bəyənirəm”.

İmam (ə) buyurur: “İndi Allah qız övladını sənin üçün seçmişdir. O alim ki, Musa (ə) ilə birlikdə idi və o, oğlan uşağını öldürür, Allah onun adından buyurur: “Biz o oğlan uşağını öldürdük, çünki qorxu vardı ki, ata və anasını tüğyana vadar etsin.

Ona görə istədik ki, Allah onun yerinə ata və anasına daha pak övladlar versin”. Allah da o ikisinə qız övladı əta edir. Onun nəslindən 70 peyğəmbər (ə) dünyaya gəlir”.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930