Qarışqa Həzrət Süleymana nəyi aşkar etdi?
Mьəllif: admin1
Tarix: 4-01-2018, 15:00
Qarışqa Həzrət Süleymana nəyi aşkar etdi?
Bir gün Həzrət Süleyman (ə) dənizin kənarında əyləşmişdi. Gözü üzərində buğda dənəsi aparan bir qarışqaya sataşdı. Süleyman ona baxmağa davam etdi. Gördü ki, o, suya yaxınlaşan zaman sudan bir qurbağa çıxır və ağzını açar. Qarışqa da onun ağzına girir. Qurbağa dənizə girir və yox olur. Süleyman bir qədər bu haqda düşünür. Sonra görür ki, qurbağa başını sudan çıxartdı və qarışqa ağzından çıxdı. Ancaq buğda dənəsi yox idi.

Süleyman həmin qarışqanı istəyir və onun bu əhvalatının səbəbini soruşur. Qarışqa deyir: “Ey Allahın peyğəmbəri! Bu dənizin dibində bir daş vardır. Onun içində bir qurd yaşayır. Allah onu orada yaratmışdır və qurd bu daşdan bayıra çıxa bilmir. Mən onun ruzisini aparıram. Allah bu qurbağanı məmur etmişdir ki, məni dənizin dibinə həmin qurdun yanına aparsın. Bu qurbağa məni həmin daşın içində olan deşiyə qədər aparır və sonra ağzını açır və mən onun ağzından çıxıram. Buğda dənəsini onu yanına qoyub, məni gözləyən qurbağanın yanına qayıdıram. Sonra onun ağzına girirəm və o, məni sahilə gətirir. Ağzını açır və mən onun ağzından çıxıram”.

Süleyman qarışqaya deyir: “Buğda apardığın o qurddan nəyisə eşitmisənmi?”.

Qarışqa deyir: “Bəli”.

O, deyir: “Ey mənim ruzimi dənizin dibindəki bu daşın içində yaddan çıxartmayan Allah! İmanlı bəndələrinə qarşı rəhmətini də yaddan çıxartma!”.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930