Allah Təaladan Həzrət Adəmə (ə) yetişən 4 kəlmədə bütün yaxşılıqlar və səadət cəm olunmuşdur
Mьəllif: admin1
Tarix: 25-01-2016, 22:33
Allah Təaladan Həzrət Adəmə (ə) yetişən 4 kəlmədə bütün yaxşılıqlar və səadət cəm olunmuşdur

İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: “Habil öldürüldükdən sonra Adəm (ə) çox ağlayırdı və Allah dərgahında şikayət edirdi. Allah ona bir oğlan uşağının vədəsini verir ki, Habilin yerini alacaqdır. Ona bir oğlan uşağı verir və Adəm (ə) də onun adını Şis qoyur. Allah Adəmə (ə) vəhy edir: “Bu oğlan uşağı Allah tərəfindən olan bir bəxşişdir və ona görə də onun adını Hubbətəllah qoy”. Adəm (ə) də belə edir. Adəm (ə) ölən zaman onu öz canişini elan etməsi ilə vəzifələndirilir. O, bütün övladlarını bir yerə toplayır və Şisi öz canişini elan edir. (Tebyan)
Həzrət Adəm (ə) min il ömür sürdükdən sonra dünyadan gedir və Şis onun yerini alır. Qabil bu mövzudan xəbərdar olur və onun yanına gəlir. Onu hədələyir və deyir: “abil qardaşımı öldürməyimin səbəbi bu idi ki, o, atamın vəsisi məqamını tuturdu və onun övladlarının gələcəkdə mənim uşaqlarımın yanında iftixar etməməsi üçün mən onu öldürdüm. İndi sən əgər atamın vəsisi məqamına çatmısansa,səni də öldürəcəyəm”. Adəm (ə) ölməzdən əvvəl Şisə vəsiyyət etmişdi ki, vəsi olmasını Qabildən gizlətsin, çünki Habilə həsəd apardığı kimi, ona da aparacaqdır. Onu öldürmək istəyəcəkdir. Ona görə də Şis təqiyyə edir və Allah onu peyğəmbər seçir. Ona 50 səhifə nazil olur ki, onların vasitəsilə öz zamanının insanlarını vahid Allaha tərəf hidayət etsin”.
Allah Təalanın Şisə nazil etdiyi bu səhifədən qalan sözlər bunlardır: “Allah Adəmə vəhy edir: “Mən bütün yaxşılıqları və səadəti dörd kəlmədə sənin üçün bəyan edəcəyəm”. Adəm (ə) soruşur? O dörd kəlmə hansılardır? Xitab gəlir: “Birinci kəlmə Məndəndir, ikinci kəlmə səndəndir, üçüncü kəlmə Mənimlə sənin arandadır və dördüncü kəlmə səninlə insanlar arasındadır. Məndən olan odur ki, Mənə pərəstiş edəsən və Mənə şərik qoşmayasan. Səndən olan odur ki, etdiyin işlər arasında ən çox ehtiyac olduğun işə görə sənə savab verərəm. Mənimlə sənin aranda olan odur ki, səndən dua etmək və istəmək, Məndən isə onu qəbul edib yerinə yetirmək. Səninlə bəndələrim arasında olan odur ki, özün üçün istədiyini insanlar üçün də istəyəsən”.
Şis 912 il ömür sürür və davamlı olaraq Cəbrayil (ə) və başqa mələklərlə rabitədə olur. Şisin ömrü sona çatan zaman Allahın əmri ilə Adəmin (ə) nəvələrindən olan İdris (ə) peyğəmbərlik məqamına çatır. Deyilənə görə Şisdən sonra övladı Ənuş onun vəsisi olur. Ondan sonra oğlu Qinan, ondan sonra Məhlayil, ya Həlis, ondan sonra oğlu Yarəd (bəziləri Yərəd də adlandırır) bu məqama çatır. Yarəd İdris peyğəmbərin atasıdır. Hər birinin ömrünü 800-1000 illər arasında qeyd ediblər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930