Gözümüzü Allaha görə sındıraq ki, möcüzələri görək
Mьəllif: admin1
Tarix: 22-02-2022, 10:42
Gözümüzü Allaha görə sındıraq ki, möcüzələri görək

İmam Sadiq (ə) buyurur: “Əgər göz haramlara bağlanarsa, Allah Təalanın cəlal və əzəmət cilvəsini qəlbində müşahidə edər”.

İmam Əlidən (ə) soruşurlar: “Gözümüzü bağlamağa necə müvəffəq olaq?”.

Buyurdu: “O kəs ki, sənin batininə agahdır, Onun hökumət və səltənətliyinə etimad əldə etməyin və təvazökarlığın vasitəsilə”.

Ərəblər gözü naməhrəmə bağlamağa “gözü sındırmaq” deyərlər. Ona görə də gözü Allaha görə sındırmaq lazımdır. Biz əgər gözümüzü harama görə sındırsaq, Allah çox sayda möcüzələri bizə nişan verər.

Həzrət Peyğəmbər (s) buyurur: “Gözünüzü haramlara bağlayın ki, möcüzələri görəsiniz”.

Çünki insan o zaman ki, gözünü naməhrəmə bağlayar, Allah onun nur gözünü, mərifət gözünü açar. Bu zaman nəfsində yəqinlik maarifi hasil olar.

“Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və ayıb yerlərini (görünməkdən) qorusunlar. Bu, onlar üçün daha pakdır. Həqiqətən Allah onların etdiklərindən xəbərdardır”. (“Nur” 30).

Həzrət Yəhya (ə) buyurur: “Mənim üçün ölüm, vacib olmayan baxışlardan daha sevimlidir”.

Burada vacib olmayan baxışlar, yəni haram baxışlardır. Yəni, bir şeyə baxmaq mənə vacib olmayınca, mən ona baxmaram. Çünki harama baxan baxışlar qorxu və əzab gətirər.

Quran həm kişilərə və həm də qadınlara gözlərini haramlara yummağı əmr etmişdir.

“Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar. Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar”. (“Nur” 30-31).

Həzrət Peyğəmbər (s) buyurur: “Adəm oğlunun bədən üzvlərinin hər birinin zina payı vardır, gözün zinası isə baxmaqdır”.

Həzrət (s) başqa yerdə buyurur: “Kim gözlərini haramla doldursa, tövbə edib əməlindən əl çəkməsə, Allah Qiyamət günü onun gözlərini odla doldurar”.

İmam Əli (ə) buyurur: “Gözünü aşağı dikən kəs qəlbini rahat edər”.

İmam Sadiq (ə) buyurur: “Baxış - İblisin zəhərli oxlarından biridir. Kim başqası üçün deyil, Allaha xatir gözünü yumsa, bunun ardınca Allah ona tamını daddığı bir iman verər”.

Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) xitab edərək buyurur: “Ey Əli, ilk baxış sənə məxsusdur, ikinci baxış isə sənin xeyrinə deyil, ziyanınadır”.

İmam Sadiq (ə) buyurur: “Baxışdan sonra (təkrar) baxış, şəhvət toxumu səpir və bu, sahibini fitnəyə sürükləmək üçün kifayətdir”.

Beləliklə, gözlərimizi Allaha görə sındıraq ki, şeytanın tələsinə düşməyək və gözlərimizi cəhənnəm atəşi ilə doldurmayaq.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930