Başqasına qarğış (bəddua) etmək olarmı?
Mьəllif: admin1
Tarix: 27-01-2016, 22:05
Başqasına qarğış (bəddua) etmək olarmı?

Sual: Başqasına qarğış (bəddua) etmək olarmı?
Cavab: İslam müqəddəsləri qarğış (bəddua) etməyi xoşlamamışlar. Onlar adətən öz düşmənlərinin hidayət olması və Allah tərəfindən bağışlanması üçün dua edirdilər. Məsumlarımız öz şəxslərinə qarşı yönələn təhqir və ədavətləri bağışlayır, qarşı tərəf üçün qarğış etmirdilər. Amma kimsə dini dəyərlərə qarşı çıxıb fəsad törədirdisə yaxud başqasının haqqına təcavüz edirdisə, o zaman müqəddəslərimiz ciddi şəkildə narahat olur, qəzəblənir, həmin adamı cəzalandırırdılar. Əgər cəzalandırmaq mümkün olmurdusa, onun haqqında bəddua edir və işin həllini Allaha həvalə edirdilər. Müsəlmanın zalıma bəddua (qarğış) etməsi günah deyil, amma daha yaxşı olar ki, bağışlamağa çalışsın və düşmənə hidayət diləsin.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930