Əhli-beytə (ə) sevgi, qorxunun çox olacağı 7 yerdə insanın dadına çatar
Mьəllif: admin1
Tarix: 13-03-2022, 10:33
Əhli-beytə (ə) sevgi, qorxunun çox olacağı 7 yerdə insanın dadına çatar
Əhli-beytə (ə) məhəbbət bəsləmək Əhli-beyt (ə) davamçılarının bariz xüsusiyyətlərindən biridir. Allah hikmət olmadan bu sevgini qəlbimizə salmazdı.

Səyid ibni Yəsar nəql edir ki, İmam Sadiq (ə) mənə buyurdu: “Məgər din məhəbbət və dostluqdan başqa bir şeydirmi?

Allah-Təala buyurur: “De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır»”. (“Ali-İmran” 32).

Allah başqa yerdə buyurur: “De: «Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm»”. (“Şura” 23).

Din - dostluqdan və Əhli-beytə (ə) məhəbbətdən başqa bir şey deyildir. Bu sevgi bir hissdən daha üstündür”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allahı sizə verdiyi nemətlərinə görə sevin, məni isə ona görə sevin ki, Allah sevir. Əhli-beyti (ə) ona görə sevin ki, mən onları sevirəm”.

Həzrət (s) başqa yerdə buyurur: “Hər kim Allahın möhkəm kəndirindən yapışmaq istəyirsə, gərək Əli ibni Əbutalibi (ə), Həsəni (ə), Hüseyni (ə) sevsin”.

İmam Sadiq (ə) buyurur: “Bizim döstlarımız üç dəstədir: o insanlar ki, bizi zahirdə sevirlər, ancaq batində sevmirlər. O kəslər ki, bizi batində sevirlər, ancaq zahirdə bunu bildirmirlər.

O kəslər ki, həm zahirdə və həm də batində bizi sevirlər. Onlar bizim birinci dərəcəli dostlarımızdır. Onlar zülal sudan içiblər. Quranın mənasını dərk ediblər. Yoxsulluq və müxtəlif bəlalar atın çapmağından da tez onların başına çapar. Çətinliklər və yoxsulluq onları əhatə edər. Fitnəyə məruz qalarlar.

Yaralanmış və qanlarına qəltan olmuş halda hər bir məmləkətə dağılmış olarlar. Allah onların bərəkətinə görə xəstələrə şəfa verər. Yoxsulları zəngin edər. Onların bərəkətinə görə sizə yardım olunar, üzərinizə yağış yağar. Ruzi nəsibiniz olar.

Onlar sayca azdırlar, Allah yanında əhəmiyyətləri isə böyükdür. Birinci dəstə aşağı mərtəbədədirlər. Padşahların üsulundan istifadə edirlər. Dilləri bizimlədir, qılıncları isə bizim əleyhimizədir.

İkinci dəstə isə bizi zahirdə sevir və ancaq zahirdə bu sevgini bildirmirlər. Canıma and olsun ki, əgər bizi batinlərində səmimi sevsəydilər, gündüzləri oruc tutan və gecələri ibadət edənlərin sırasında olardılar. İbadətin təsirini üzlərindən görərdim”.

Bir nəfər İmama (ə) deyir: “Mən həm zahirdə və həm də batində sizi sevənlərdənəm”.

İmam (ə) buyurur: “Bizi həm zahirdə və həm də gizlində sevən doslarımızın nişanələri vardır ki, onun vasitəsilə tanınarlar”.

Həmin kişi soruşur: “Bu nişanə nədir?”.

İmam (ə) buyurur: “Birinci budur ki, Təkallahlığı yaxşı dərk ediblər. Təkallahlığın elmini kamil şəkildə əldə ediblər. Ondan sonra Onun zat və sifətinə imanları vardır. Budur Peyğəmbər (s) Əhli-beytinə (ə) həqiqi məhəbbət, nəinki tez keçən hisslər”.

Bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Əlinin (ə) sevgisinin mənə faydası vardırmı?”.

Həzrət (ə) buyurdu: “Vay olsun sənə! Hər kim onu sevər, məni sevmiş olar. Hər kim məni sevər, Allahı sevmiş olar. Hər kim Allahı sevər, Allah ona əzab verməz”.

İshaq ibni Əmmar nəql edir: “İmam Sadiqdən (ə) soruşdum ki, “Bəqərə” surəsinin 245-ci ayəsini mənası nədir?

Həzrət (ə) buyurdu: “İmama yaxşılıq etmək və sevgi bəsləməkdir”.

İmam Səccad (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Mənim və ailəmin sevgisi qorxunun çox olacağı 7 halda fayda verəcəkdir: ölən zaman, qəbirdə, qəbirdən qalxan zaman, əməl dəftərini alan zaman, hesab yanında, tərəzi yanında, sirat yanında”.

Həzrət Peyğəmbər (s) səhabələrindən birinə buyurur: “Ey Allahın bəndəsi! Allah yolunda sevgiyə malik ol. Allaha xatir sevgi və düşmənçilik et. Baxmayaraq ki, İlahi vilayətə çatmayacaqsan belə”.

Səhabə deyir: “Necə bilim ki, Allah yolunda sevirəm və ya düşmənçilik edirəm? Allahın vəlisi kimdir ki, onu sevəm və düşməni kimdir ki, onu düşmən biləm?”.

Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) işarə edir və buyurur: “Onu görürsən? O, Allahın vəlisidir. Ona görə də onu sev. Düşməni Allahın düşmənidir.

Ona görə də onu düşmən bil. Dostunu sev, baxmayaraq ki, atanın, övladının qatili olsa belə. Düşmənini düşmən bil, baxmayaraq ki, atan və övladın olsa belə.

Gərək mehr və məhəbbəti bu cür qəlbinə yol verəsən ki, bu böyük İlahi nemətin dəyərinə malik olasan. Allah və dostlarının məhəbbətindən uca sevgi vardırmı?”.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930