Quranda buyurulan əmr sahibləri kimlərdir?
“Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun. Beləliklə, əgər (din və ya dünya işlərindən) bir şey barəsində mübahisəniz olsa, Allaha və axirət gününə imanınız varsa, onu Allaha və Onun peyğəmbərinə həvalə edin (dini ixtilafı şəriət alimi, dünya barəsindəki ixtilafı isə qazı vasitəsilə Allahın kitabına və Peyğəmbərin sünnəsinə əsaslandırın). Bu, (sizin üçün) daha xeyirli və nəticə baxımından daha gözəldir”. (“Nisa” 59). Bu ayədə adı çəkilən əmr sahibləri kimlərdirlər? Əhli-beyt (ə) alimlərinin və filosflarının vahid qərarına görə, əmr sahibləri – Məsum İmamlardır (ə). Həzrət Peyğəmbər (s) özündən sonra ümmətin idarə olunması vəzifəsini onlara tapşırmışdır. Bu ayədə heç bir şərt qoymadan möminlərə əmr edir ki, əmr sahiblərinə itaət etsinlər. Onlara itaət etməyi Allaha və Peyğəmbərinə (s) itaət etməklə eyni sırada bəyan etmişdir. O kəs ki, Allaha itaət edər, Həzrət Peyğəmbərə (s) və əmr sahiblərinə də itaət etməlidir. Əgər bu əmr sahibi məsum olmazsa, mütləq xata edəcəkdir. O kəs ki, xata edər – başqalarını da düz yola hidayət edə bilməz. Allah böyükdür və heç bir zaman işini xatakar olanlara tapşırmaz. Ona görə də deyə bilərik ki, əmr sahibləri ancaq məsum olmalıdır. Məsum olan bu rəhbələr isə şübhəsiz ki, İmamlarımızdır (ə). Həzrət Peyğəmbərdən (s) gələn hədislər də bunu təsdiq edir: “Mən, Əli (ə), Həsən (ə), Hüseyn (ə), Hüseyn (ə) övladlarından olan 9 nəfər pak və məsumuq”. Cabir ibni Abdullah nəql edir: “O zaman ki, Allah (yuxarıdakı ayəni) Peyğəmbərinə (s) nazil etdi, mən ona dedim: “Ey Allahın Rəsulu! Biz Allahı və Rəsulunu (s) tanıyırıq. Ancaq əmr sahibləri ki, səninlə eyni sırada itaət olunmalıdır, kimlərdir?”. Həzrət Peyğəmbər (s) buyurdu: “Ey Cabir! Onlar mənim canişinlərim və məndən sonra müsəlmanların İmamlarıdır. Onların birincisi Əli ibn Əbutalibdir (ə), ondan sonra tərtiblə Həsən (ə), Hüseyn (ə), Əli ibn Hüseyn (ə), Muhəmməd ibn Əli (ə) ki, Tövratda Baqir adı ilə məşhurdur. Sən ey Cabir! Onu görəcəksən və o zaman mənim salamımı ona çatdır!”. Ondan sonra Peyğəmbər (s) qalan İmamların (ə) da adlarını bir-bir çəkir”. Səlim ibni Qeys, Əmirəl-mömindən (ə) nəql edir ki, buyurub: “Peyğəmbərdən (s) soruşdum: “Ey Allahın Peyğəmbəri! Bizim şəriklərimiz kimlərdir?”. Buyurdu: “O kəs ki, Allah onun adını Öz adı və mənim adıma yaxın etmişdir. O kəs ki, Allah onların barəsində buyurmuşdur: (“Nisa” 59)”. Soruşdum: “Ey Allahın Rəsulu! Onlar kimlərdir?”. Buyurdu: “Onlar mənim canişinlərimdir o zamana qədər ki, Kövsərin başında mənə qoşularlar. Onların hamısı hidayət edən və hidayət olmuşlardırlar. Onlar Quranladır və Quran da onlarladır. Nə onlar Qurandan ayrılar, nə də Quran onlardan ayrılar. Allah onların vasitəsilə ümmətə yardım edəcəkdir. Onların bərəkəti ilə yağış nazil olacaqdır. Onların yerinə yetən duaları ilə bəla ümmətdən dəf olacaqdır”. Dedim: “Ya Rəsulallah! Onların adını mənə deyin”. Buyurdu: “Onlar övladlarım (əlini Həsənin (ə) başına qoydu) və sonra bu oğlum (əlini Hüseynin (ə) başına qoydu), sonra bu oğlumun oğlu (əlini yenə Hüseynin (ə) başına qoydu), sonra onun oğlu ki, adı mənim adımla eynidir, mənim elmimi yaran və Allah vəhynin xəzinədarıdır (İmam Baqiri (ə) nəzərdə tuturdu). Ey qardaşım! Tezliklə sənin həyatında bu Əli (ə) (İmam Səccad (ə)) dünyaya gələcəkdir. Mənim salamımı ona çatdır”. Sonra üzünü İmam Hüseynə (ə) çevirib buyurdu: “Tezliklə Muhəmməd ibni Əli (ə) sənin zamanında dünyaya gələcəkdir, mənim salamımı ona çatdır. Sonra on iki İmamın bir-bir adlarını tamamladı”. Beləliklə məlum oldu ki, “Nisa” surəsində adı çəkilən əmr sahibləri həmin Məsum İmamlardır (ə) ki, Allah və Peyğəmbərdən (s) sonra müsəlmanların onlara itaət etməsi – acib əməllərdəndir. /Deyerler.org/ Oxşar xəbərlər
|