Bəsirət nədir? Bəsirətə mane olan amillər hansıdır?
Mьəllif: admin1
Tarix: 29-01-2016, 10:54
Bəsirət nədir? Bəsirətə mane olan amillər hansıdır?
Qurani-Kərimdə və “Nəhcul-bəlağə”də mühüm əhəmiyyətə malik olan mövzulardan biri də bəsirət mövzusudur. Bəsirətin mənası – qəlb əqidəsi, tanıma, yəqinlik, zirəklik və ibrətdir. İnsan bu qəlb əqidəsinin yardımı ilə həqiqətləri dərk edər – necə ki, insan zahiri gözü ilə ətrafını görər.
Quranda və “Nəhcul-bəlağə”də o kəslər ki, dünya haqqında səthi bilikləri vardır və hadisələrdən heç bir dərin nəticələr çıxartmırlar – bəsirətsiz insan adlandırmışdılar. Başqa bir tərəfdən isə o kəslər ki, maddi dünyaya olan elmlərindən savayı, qeyb həqiqətlərini də dərk edirlər – bəsirətə malik insanlar adlandırılmışdır. (Erfan)
İmam Əli (ə) bəsirətli insan haqqında buyurur: “O kəs ki, görəndir – baxışı dünyadan keçər və onun arxasında axirət evinə nəzər salar. Görən insan – dünyadan azuqə götürər, kor – dünyası üçün azuqə hazırlayar”.
Quranda buyurulur: “Bizim (elmi, cismani və maddi) qüvvətlər və (maddi və mənəvi məsələlərdə) bəsirətlər sahibi olan bəndələrimiz İbrahim, İshaq və Yəqubu yada sal”. (“Sad” 45).
Bəsirətə və təhlil qüdrətinə malik olmaq, hadisələri əvvəlcədən görməyi bacarmaq – həm fərdi və həm də ictimai zərurətlərdəndir. Hər kim bu tövfiqə malik olmazsa, onu çox ağrılı hadisələr gözləyər. Çünki haqla batili bir-birindən ayıra bilməz. Ona görə də özünü batil meydanında görər. Haqdan və bərəkətdən məhrum olar. Allah Təala bu insanlar haqqında buyurur: “Onların bəzisi sənə (sənin peyğəmbərlik dəlillərinə) baxır (amma dərk etmək və ibrət götürməkdə kordur)lar”. (“Yunus” 43).
İmam Əli (ə) buyurur: “Hər kim qarşısında olan şeyi görməkdən kor olar, şəkk toxumlarını iki böyrü arasında (sinəsində)əkər”.
Bəsirətli insan haqqında isə buyurur: “Görən o kəsdir ki, eşitsin və düşünsün, baxsın və görsün, ibrətlərdən bəhrə aparsın”.

Bəsirətə mane olan amilləri tanıyaq:
1. Nəhsi istəklərin ardınca getmək. Əgər insan ağıl qüvvəsinin yerinə, özünü nəfsinin və şeytanın əsiri edərsə, heç bir zaman haqq və batili bir-birindən ayıra bilməz. “Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?”. (“Casiyə” 23).

2. İfrat maddi sevgi. Əşyalara olan ifrat sevgi insanın ürəyini kor və kar edər.

3. Sağlam düşüncədən istifadə etməmək. O kəslər ki, həyatlarında sağlam düşüncədən istifadə etmirlər, bəsirətsizlik tələsinə düşürlər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930