Kimlər Aldandı..???
Mьəllif: admin1
Tarix: 29-01-2016, 21:27
Kimlər Aldandı..???

Hələ bir izah et gözəl dost. Bu dünyada

kimlər aldandı..?

- Cəhənnəmi hesaba qatmayan dindar aldandı..!

(Zümər, 47)
Söylə mənə can dostum, kimlər aldandı..?

- Cənnətdəki yerini hazır bilən hər kəs aldandı..!

(Nisa, 123)



Söylə, başqa kimlər aldandı..?

- Ölüm yoxmuş kimi yaşayan dünyapərəst aldandı..!

(Nisa, 78)



Gözəl dost! Daha kimlər aldandı..?

- Əməlinə güvənən abid (çox ibadət edən) aldandı..!



Başqa kimlər aldandı..?

- Saleh əməl işləyirəm sanan riyakar (ikiüzlü) aldandı..!



İzah et hakim! Sonra kim aldandı..?

- Aləmə nəsihət verib özünü unudan aldandı..!

(Bəqərə, 44)



Başqa varmı..? Daha kim aldandı..?

- Rəbbini buraxıb, nəfsinə qulluq edən aldandı..!

(Furqan, 43-44)



Hələ bir izah et sevimli dost! Başqa kimlər aldandı..?

- ALLAHın Rəhmətinə güvənib özünü təhlükəyə salan fasiq (günahkar) aldandı..!

(Əraf, 98)



Hələ davam et, başqa kimlər aldandı..?

- Getdiyi yolun əyriliyindən şübhə

etməyən qafil aldandı..!

(Kəhf, 104)



De mənə! Daha kimlər aldandı..?

- Özünü xidmətdə bilib, ibadətə tükünü belə tərpətməyənlər aldandı..!

(Nisa, 95)



Söylə.. Söylə, ta ki hər kəs duysun səni..! Hələ, hələ kimlər aldandı..?

- Namazı olmayan aldandı..!

(Müddəsir, 39-43)



Kim özünü yandırdı, kimlər aldandı..?

- “..Mən bundan sonra xilas ola bilmərəm..” deyən məyus (ümidsiz) aldandı..!

(Zümər, 53-54)



Ey gözəl xeyirxah! İzah et kim aldandı..?

- “..ALLAH diləməsəydi günahkar olmazdım..” deyən, qədəri yalan sayan aldandı..!

(Zümər, 56-57)



Ey bəndə! De mənə daha kimlər aldandı..?

- Kiçik günahlara göz yumanlar aldandı..!



İzah et..! İzah et..! Daha kimlər aldandı..?

- “..İbadət etməməyimə baxma, ürəyim təmizdi..” deyən, saleh əməlsiz aldandı..!

(Əsr, 1-3)



Başqa kim..? Daha kim aldandı..?

- “..Quran oxumaq, Namaz qılmaq, Oruc tutmaq dövrü keçdi artıq,

Bu dövrdə hər şey puldur..!” deyən, zəngin aldandı!

(Təkasur)



Hələ bəhs et..!!! Başqa kim aldandı?



- Yadlardan örtünməyən qadınlar aldandı,

- Şəhvətinə uyan cahillər aldandı,

- Faiz yeyən iblislər aldandı,

- Vaxtını boş-boş keçirən qafillər aldandı,

- Axirətini unudanlar aldandı,

- "..Hələ gəncəm.." deyənlər aldandı,

- Fani olduğunu unudanlar aldandı,

- Başqalarının hicab geyinib günah işlədiyini görən,

özünün hicab geyinməsə də xeyir üstə olduğunu sa-nanlar aldandı..!

- Başqasının namaz qılıb günah işlədiyini görən,

özünün namaz qılmasa da xeyir üstə olduğunu sa-nanlar aldandı..!

- Axirətdə, hərənin özünə cavabdeh olduğunu unudanlar aldandı..!

- Zamanın durmadığını, unudanlar aldandı..!

- Əcəlin vaxtsız gəldiyini unudanlar aldandı..!

- Quranı bir dəfə də olsun oxumayanlar aldandı..!

- Haqqa göz yumanlar aldandı..!



Daha kimlər aldandı..?

- Bunu oxuyub, nəticə çıxarmayanlar aldandı..!
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031