Münafiqin 24 əlaməti
Mьəllif: admin1
Tarix: 28-05-2021, 15:24
Münafiqin 24 əlaməti

Qurani-Kərim münafiqlərdən çox bəhs etmiş bir səma kitabıdır. Bu səma kitabının buyurduqlarına və Məsumlardan (ə) əlimizə çatan hədislərə görə münafiqlər insanlar arasında ən çətin can verən insanlardırlar.

Bəs münafiq kimdir? Münafiqləri Quranın bəyanları ilə tanıyaq:

1. Əgər müharibədə qənimət yaxın olsa və cihad yolu da qısa olsa, münafiqlər hazır olarlar.

2. Müharibə qəniməti əldə etmək onlar üçün çətin olan zaman yalandan and içərlər ki, bacarsaydılar sizinlə döyüşə gələrdilər. (“Tövbə” 42).

3. Münafiqlərin hədəfə imanları yoxdur və ona görə də qaçmaq üzrədirlər. (“Tövbə” 45).

4. Münafiqlər zalımdırlar. (“Tövbə” 47).

5. Fitnə yaratmaq və təfriqə salmaq onların işidir. (“Tövbə” 48).

6. Münafiqlərin qəlbi İslama təslim deyildir. (“Tövbə” 48).

7. Münafiqlər müsəlmanların qələbəsindən narahat olarlar. (“Tövbə “ 50).

8. Münafiqin nişanəsi – namazda süstlüyü və infaqda kərahətidir. (“Tövbə” 54).

9. Zəngin münafiqlər ağır can verər. “Həqiqətən Allah onların (mal və övladlarının əldə edilməsi və qorunması) vasitəsilə dünya həyatında onlara əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir”. (“Tövbə” 55).

10. Münafiqlərin işlərindən ən mühüm olanı – yalandan and içməkdir. (“Tövbə” 56).

11. Münafiqin tövbəsini qəbul etməkdə və iddasına inanmaqda tələsməyin, çünki yalan deyir. (“Tövbə” 56).

12. Münafiq hətta Peyğəmbərə (s) belə tənə vurmağa cəsarət edər. (“Tövbə” 58).

13. Münafiq öz haqqına qane deyildir, təkəbbürlü və məntiqsizdir. (“Tövbə” 58).

14. Münafiq heç bir zaman Allahdan və təqdirindən razı olmaz. (“Tövbə” 59).

15. Münafiq hər an simasının aşkar olmasından qorxar. (“Tövbə” 64).

16. Münafiq həqiqətdə kafirdir. (“Tövbə” 66).

17. Münafiqlər çirkin işlərə dəvət edərlər və insanları xeyir işlərdən saxlayarlar. (“Tövbə 67).

18. Cəhənnəm vədəsi ilk onlar üçündür, sonra kafirlər üçün. (“Tövbə” 68).

19. Münafiqlər dünyada özlərini möminlərin yanında qərar versələr də axirətdə kafirlərlə bir sırada olarlar. (“Tövbə” 68).

20. Münafiqin əməlləri məhv olar. (“Tövbə” 69).

21. Münafiqlər əhdi pozandır və məsxərə edəndir. (“Tövbə” 77-79).

22. Münafiqin gözündə mal mühümdür, nəinki stimullar və ya hədəflər. (“Tövbə” 79).

23. Münafiq günahdan, Allaha və Peyğəmbərinə (s) itaətsizlikdən sevinər. (“Tövbə” 81).

24. Münafiqin cənazə namazına gedib, namaz qılmaq məsləhət deyildir. “Və onlardan ölən heç bir şəxs üçün əsla namaz qılma və (barəsində dua etmək və bağışlanma diləmək üçün) qəbrinin üstündə durma. Çünki onlar Allaha və Onun Peyğəmbərinə küfr etdilər və itaətsiz halda öldülər”. (“Tövbə” 84).

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930