Sufyaninin ən aşkar nişanəsi
Mьəllif: admin1
Tarix: 31-01-2016, 11:57
  Sufyaninin ən aşkar nişanəsi
zühur əsrində ortaya çıxaraq din və bəşəriyyətə düşmən kəsilən şəxslərdən də biri Sufyani, onun tərəfdar və ordusu olacaqdır.

Sufyani Əbu - Süfyana nisbət verilən, ona bağlılığı olan və aid edilən familiya, ləqəb, kimlik mənasını daşıyır. O İmam Zamanın (ə) əsas düşməni olacaqdır.

Sufyani qaniçən, qarətçi, zalim, qəddar, kobud və radikal bir varlıqdır. Bunlar onu tanımaq üçün kifayət etmir, heç önəm də daşımır. Bunlar görünən və zahiri nişanələrdəndir və bir çoxlarında ola bilər.

“Kəmalud – din” kitabında İmam Sadiqdən (ə) belə bir hədis nəql edilir ki, O səhabələrinə buyurdu: Onun adı sənin nə dərdinə dəyər?

Yəni adı ilə onu tanımaq olmaz .

Sonra İmam Sadiq (ə) belə buyurdu: Sufyani Şamın 5 ərazisini əlinə keçirəcək: Dəməşq, Homs, Fələstin, İordaniya və Qənsərin. Bu zaman zühuru gözləyin.

Şamın bu beş ərazisi indi dörd ölkənin - bügünki Livan , Suriya, İordaniya və Fələstinin ərazisidir.
Bu dörd ölkəni işağal edən şəxs, şübhəsiz ki, Sufyanidir.

Bu hadisələr 6 ay ərzind baş verəcəkdir. Deməli, 6 ay müddətində bu yerləri əsarət altına ala bilən şəxs böyük bir gücə və qüvvəyə mailk olacaqdır. O, həmin Sufyanidir.shabestan
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930